8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Noyabrın 8-də Zəfər Günü münasibətilə mədəniyyət mərkəzimiz Şuşada baş tutan tədbirdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyevlə birgə iştirak ediblər. Prezident öz çıxışına Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək sözə başlayıb, daha sonra Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyətindən danışan İlham Əliyev vətən müharibəsindəki “Şuşasız qələbəmiz yarımçıq qalardı“ ifadəsini də xatırladıb.Qarabağın tacı Şuşa öz strateji əhəmiyyəti,əlçatmazlığı, sıldırım qayaları ilə tarix boyu özünü düşməndən qorumağı bacarıb. Dörd tərəfdən sıldırım qayalarla əhatə olunması Şuşanı alınmaz qala edirdi. Heç bir ağır silah, hərbi texnika istifadə etmədən Şuşanın azadlığı uğrunda döyüşə gedən qəhraman hərbiçilərimiz vətən uğrunda ölümü düşünmədən gözə almışdılar.Şuşanın azad edilməsi müharibənin kulminasiya nöqtəsi oldu və ermənilərin belini qırdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz azad edilmişdi. Müharibə dövründə hər gün daha da irəliyə gedən ordumuzun Şuşanı azad etməsi isə artıq haqq savaşımızda qələbəni təmin edirdi. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşə girirdilər. Tibb məntəqələrinə yaralı gətirilən hərbiçilərimiz yenidən döyüş meydanına getməyə can atarkən erməni tərəfindən isə minlərlə fərarilərin olduğu bildirilirdi. Cənab prezidentin ölkədə səfərbərlik elan etməsi ilə hər kəs dəmir yumruq ətrafında birləşərək mükəmməl birlik nümunəsi göstərmiş oldu.Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda gedən döyüşlərdə könüllü iştirak edirdilər. Bu gün dünyanın bir çox ölkəsində qarşıdurmalar yaşansa da, toqquşmalar olsa da, Azərbaycanda sülh və əmin-amanlıq hökm sürür.Ölkəmizdə bir çox xalqın nümayəndəsi dostluq, qardaşləq,birlik, bərabərlik kimi dəyərləri üstün tutaraq, dinə, adət-ənənələrə hörmətlə yanaşaraq yaşayır.Prezident İlham Əliyev çıxışında dövlət büdcəsi və xərclər məsələsinə də toxunub. Birinci yerdə hərbi xərclərin dayandığını qeyd edib. Dəfələrlə sülh təkliflərinin irəli sürülməsinə baxmayaraq Ermənistan tərəfi hər dəfə bu sülhdən qaçaraq məsələnin tək həllinin döyüş olduğunu təsdiqləyirdi. Dövlət büdcəsinin böyük hissəsinin ordunun inkişafına ayrılması qələbəmizdə həlledici nüanslardan biri oldu. Müasir silah və texnikalarla təchiz olunmuş ordumuz düşməni bütün məqamlarda qabaqlayırdı. Bütün bu işlərin maliyyə mənbəyi öz büdcəmizdir deyən İlham Əliyev bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan yardım almadığımızı da bildirib.Müharibədən sonrakı iki il ərzində Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq Ermənistan tərəfi öhdəliklərə əməl etmir. Süni şəkildə vaxt uzatmağa çalışaraq kiminsə köməyini gözləyir. Lakin anlamalıdır ki, hər iki halda Azərbaycan Ordusu iləqarşılaşacaq. Çıxışın sonunda İlham Əliyev erməni xalqına da müraciət edərək onları xaricdə oturub, bu bölgəyə oyun meydançası kimi baxan dairələrin ikinci dəfə qurbanı olmamağa çağırıb.Sonda isə bu qələbəni bizə yaşadan ordumuza,əsgər və zabitlərimizə borclu olduğumuzu və bir Ali Baş Komandan kimi onlarla fəxr etdiyini qeyd edərək öz çıxışını yekunlaşdırıb.Xatirə Cəfərova
Suraxanı rayonu Ə.Məmmədov adına 76 №li tam orta məktəbin Tarix müəllimi