8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər bir xalqın taleyində, tarixində çox mühüm imza atan şəxsiyyətlər olur. Azərbaycanın keşməkeşli tarixində vətənin rifahı,inkişafı, var olması naminə ömrünü vermis insanlar dərin minnətdarlıq hissi və ehtiramla anılır. Belə işıqlı şəxsiyyətlərdən biri də Ümummilli liderimiz Heydər Əliyevdir.Heydər Əliyev Azərbaycana rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə olsun elə böyük işlərə imza atıb ki, saymaqla qurtarmaz. Hələ Ulu Öndərin rəhbərliyi altında Azərbaycan 1970-1980-ci illərin əvvəlində sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı. Xüsusilə, kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını təzədən qura bilmişlər. Lakin 1980-ci illərdə sovet məkanında gedən daxili dağılmalar Azərbaycandan da yan ötüşmədi. Yenicə müstəqilliyini qazanmış Azərbaycan “Qarabağ münaqişəsi” adlı böyük bir faciə ilə üz-üzə qalmışdı. Respublikada iqtisadi böhran hökm sürürdü.Səriştəsiz rəhbərlərin ağlasığmaz siyasəti xalqı çarəsiz duruma salmışdı.Müstəqilliyin ilk ilində demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü.Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi.1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi həm mənəvi cəhətdən, həm də hərbi-strateji nöqteyi-nəzərdən böyük faciə idi. O vaxt “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlandırılan ərazi ilə Ermənistan arasında coğrafi bağlantı təmin edildi. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşdü və beləliklə, ərazimizin böyük hissəsi nəzarətimizdən çıxmışdı.Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar.Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o, həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla bir yerdə idi.Belə bir vəziyyətdə Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını yaratması və xalqın təkidi ilə hakimiyyətə gəlişiAzərbaycan tarixində parlaq gələcəyin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir.Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının inkişafı tarixində yeni bir mərhələnin əsasını qoydu.Bu partiya sənədlərində öz əksini tapmış dövlətçilik ideologiyasını-Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən azərbaycançılıq ideologiyasını cəmiyyətə təqdim etdi. Öz proqramında müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan YAP-ın cəmiyyətdə nüfuzu durmadan artdı. Yeni Azərbaycan Partiyasının qurucusu olan Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxardı, ölkəmiz üçün saysız-hesabsız uğurlara imza atdı, Azərbaycanın siyasi-iqtisadi imkanlarını genişləndirdi, beynəlxalq arenadakı nüfuzumuz yüksəldi.44 gün ərzində qazandığımız Möhtəşəm Qələbə, Böyük Zəfər, ölkəmizdə əldə olunan nailiyyətlər cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin nəticəsidir.Tarixi Qələbə sübut etdi ki, Azərbaycan xalqı "Dəmir yumruq" kimi bir bayraq altında birləşib. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantıdır.Kifayət QuliyevaBakı şəhəri N.A.Əliyev adına 282 №-li tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi
Sozcu.info