8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Kəlbəcər Azərbaycanın qərbində Kiçik Qafqaz dağlarının qoynunda gözəl mənzərədə yerləşən Azərbaycanın dilbər guşələrindən biridir. Sahəsinə görə respublikamızın ən böyük rayonu olan Kəlbəcər 3,5 min km2 əraziyə malikdir. Rayonun ərazisində Kiçik Qafqazın ən hündür zirvələrindən biri olan Camış dağ (3724 m) zirvəsi yerləşir. Kəlbəcər rayonu Ermənistanla sərhəddə yerləşən rayonlarımızdan biridir. Kəlbəcər xüsusi strateji yüksəkliklərə malik ərazidir. Və elə 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.Təxminən 30 ilə yaxın mənfur qonşularımızın işğalı altında qalan Kəlbəcər rayonu 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb, Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Bu tarix Şanlı Zəfər tariximizin səhifəsinə qürurla yazılan, Kəlbəcərin azadlığı tarixi idi. Bu tarixi bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyev və rəşadətli ordumuzla fəxr edirik.Rayonun ərazisi yeraltı və yerüstü sərvətlərlə zəngindir. Ərazidə civə, qızıl, xromit kimi zəngin, faydalı qazıntı yataqları mövcuddur. Rayonun ərazisində təbiətin nadir və möcüzəli incilərindən biri olan İstisu mineral bulağı yerləşir.İşğaldan azad olunmuş digər rayonlar kimi Kəlbəcədə də infrastruktur yenidən qurulur. Rayonun təbii enerji potensialı rayon ərazisində həm su, həm də küləklə işləyən elektrik stansiyalarının inşasına imkan yaradır. Artıq rayonda “Kəlbəcər” yarımstansiyası istifadəyə verilib. “Çıraq 1” Kiçik SES-in inşası isə davam etdirilir. Prezident cənab İlham Əliyev 26.06.2022-ci ildə “Kəlbəcər-1” kiçik su elektrik stansiyasının açılışında iştirak edib.Ümumiyyətlə rayonun təbii landşaftı mürəkkəb relyef üzərində yerləşsə də çox zəngin və rəngarəngdir. Burada quruculuq işlərinin aparılmasında ən mühüm yer tutan layihələrdən biridə yol infrastrukturunun inşasıdır. Böyük layihələrdən biri isə Toğanalı-Kəlbəcər avtomobil yolunun Murov dağı üzərində inşa olunmasıdır. 11,6 kilometrlik tunel, regionun böyük logistik layihəsidir. 16 avqust 2021-ci ildə məhz bu logistik layihənin təməlqoyma mərasimində Ali Baş Komandan cənab İlham Əliyev iştirak etmişdir.İşğaldan azad olunmuş Kəlbəcərdə infrastrukturun yenidən qurulması ilə yanaşı digər sahələrində inkişafı diqqət mərkəzində saxlanılır. Bunlara misal olaraq, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması, Kəlbəcər “İstisu” mineral su zavodunun tikintisi, Kəlbəcər “İstisu” sanatoriyasının tikintisi, “Kəlbəcər işğal və zəfər” muzeyinin tikintisini misal göstərmək olar.Biz inanırıq ki, dövlətimizin və Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün siyasət, işğaldan azad olunmuş Kəlbəcər rayonu və onun 147 yaşayış məntəqəsinin yenidən, müasir standartlara uyğun qurulmasına xidmət edəcəkdir.Bu gün Kəlbəcərlə yanaşı işğaldan azad olunmuş digər rayonlarda da üçrəngli bayrağımız dalğalanır. Bayrağımız əbədi olsun! Qarabağ Azərbaycandır!Aygün SəfərovaBakı şəhəri C.Rəhimov adına 146 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
Sozcu.info