Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyur

Ən qədim insan məskənlərindən biri olan Kəlbəcərdə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri bu yerlərdə yaradılıb. 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyinxristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Rayonda "Türk qəbristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və digər kəndlərin ərazisindədir.Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.
Çox təəssüflər olsun ki, Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Qarabağın digər rayonları kimi Kəlbəcər də erməni vəhşiliyinə tuş gəlmişdir – kəndləri yerlə yeksan olmuş, abidələri dağıdılmışdır. Ermənilər Kəlbəcərdən köçəndə də öz murdar üzlərini bir daha nümayiş etdirmişlər. Belə ki, apardıqlarını aparmış, aparmadıqlarını yandırmış, ya da yararsız hala salmışlar.
Hələ Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olundu. Lakin İkinci Qarabağ müharibəsinin başlanmasına qədər həmin qətnamələrdən irəli gələn hər hansı öhdəlik yerinə yetirilmədi. Sənəd kağız parçası olaraq masada qaldı. Lakin hər şeyi özümüz həll etdik.
Sevindirici haldır ki, haqq-ədalət qələbə çaldı - Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Noyabrın 20-də Azərbaycan Ağdamı, noyabrın 25-də isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirtdi. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsiilə nəticələndi. Ermənistan biabırçı bir formada kapitulyasiyasıaktına imza atdı. Həmin dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası sıradan çıxdı, canlı qüvvəsi məhv edildi. Üçrəngli Azərbaycan bayrağı Kəlbəcərdə dalğalanmağa başladı.
Bu gün Kəlbəcər də özünün inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyev bölgələrə etdiyi səfərlər zamanı istisnasız olaraq bütün layihələrin icrası ilə ən xırda təfərrüatlara qədər şəxsən maraqlanır, işlərin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələrini verir. Kəlbəcər və Laçın rayonlarına etdiyi səfəri çərçivəsində dövlət başçısı bir neçə yerin təməlqoyma və açılış mərasimlərində iştirak edib.
Həmçinin, Ali Baş Komandan Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə, Kəlbəcərdə tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında aparılan işlərlə, Laçın rayonunda 110 KV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə yaxından tanış olub. Dövlət başçısı həmçinin “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub. Dövlətimizin başçısına səbəbdən də beynəlxalq müstəvidə etdikləri cinayətə görə cavab verəcəklər. Bunu cənab Kəlbəcər şəhərinin baş planı, Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib.
Ermənistan işğal dövründə Azərbaycanın təbii ehtiyatlarını, resurslarını da mənimsəyib. Kəlbəcərdə yerləşən qızıl yataqlarından hasil edilən ehtiyatlar dünya bazarlarına Ermənistan istehsalı kimi təqdim olunub. İşğal edilmiş ərazilərdə 155 adda müxtəlif növ faydalı qazıntı yataqları mövcuddur. Aydın məsələdir ki, ermənilərin əsas hədəflərində biri də qızıl yataqları olub. Bu səbəbdən də Kəlbəcərin Ermənistanla sərhəd bölgələrindəki zəngin qızıl yataqlarında qanunsuz istismar başlayıb.
Ali baş Komandan cənab İlham Əliyevin rəbbərliyi ilə müzəffər Azərbaycan ordusu “məglubedilməz erməni ordusu”ndan torpaqlarımızı işğaldan tamamilə azad etdikdən sonrahəmin təbii ehtiyatlar yenidən öz sahibinə qayıtdı. Aydındır ki, ermənilərin hasil etdikləri qızıl yataqlarından öz məqsədləri üçün istifadə edən xarici şirkətlər məsuliyyət daşıyırlar. Bu Prezidentimiz öz çıxıçında dəfələrlə qeyd edib.
Artıq hər şey tarixdə qaldı. Kəlbəcər yeni inkişaf mərhələsinə qədəm qoyur - Kəlbəcərdə, həm də Laçında yeni layihələr həyata keçirilir. Bu layihələrdə iki məqam daha çox diqqət çəkir: rayonlararası yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması və ucqar zonalarda yerləşən kiçik kəndlərin birləşdirilməsi. Yol və digər kommunikasiyalara yaxın ərazilərdə yerləşən kəndlər öz yerində qalır. 124 kənddən yalnız 56-sı yenidən qurulacaq. Hər iki rayonu bir-birinə bağlayan və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yolların tikintisinə xüsusi önəm verilir.

Fikrət Quliyev

Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti