Laçın Azərbaycanın qədim tarixə malik bölgələrindəndir

Azərbaycanın qədim tarixə malik bölgələrindən biri də Laçın rayonudur. Füsünkar təbiətə malik Laçında olan IX- XVII əsrlərə aid türbə, qala, kümbəzlər, X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, çoxsaylı su dəyirmanları və digər tarixi abidələr memarlıq üslubları ilə qədim dövrlərdən bu ərazilərdə türk tayfalarının məskən saldığını bir daha təsdiqləyir.
Ümumi sahəsi 1835 kvadrat kilometr olan, əhalisinin böyük hissəsini azərbaycanlıların və digər etnik millətlərin - kürdlərin və türklərin təşkil etdiyi rayonda 80-ci illərdə 3 - 4 nəfər erməni yaşayırdı. Buna baxmayaraq tarix boyu başı bəlalar görmüş Azərbaycan torpaqlarına mənfur qonşularımızın əsassız iddialar edirlər.
90-cı illərdə Azərbaycan yeni müstəqillik əldə etdikdən sonra baş verən qarışıqlıqdan, ölkə idarəetməsində olan hərcmərclikdən istifadə edən düşmənlər illərdir planlaşdırdıqları əməllərini daha tez reallaşdırmaq üçün şərait əldə etdilər. Bir - bir torpaqlarımızı zəbt etməyə, əhalini qırmağa, müxtəlif soyqrımlar etməyə başladılar. 1992-ci ilin may ayının 18-də Laçın dəhlizi vasitəsilə rayona daxil olan düşmən qüvvələri etnik təmizləmə edərək 300-dən artıq hərbi və mülki şəxsi şəhid etmişdir. Bir çox şəxs isə itkin düşmüşdür.
İşğal etdikləri ərazilərdə talançılıq və vandalizmlə məşğul olan ermənilər təkcə Laçın rayonu ərazisində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidəni dağıtmış və ya talayaraq vandalizmə məruz etmişdir.
Ermənistanın Azərbaycan torpaqlarında həm əhaliyə, həm də tarixi abidələrimizə qarşı törətdikləri əməllər beynəlxalq hüquqi sənədlərə, konvensiyalara əsasən hərbi cinayət hesab olunsa da, hadisələr bütün dünyanın gözü qarşısında baş versə də qərbin ikili siyasəti nəticəsində cinayətkar hələ də cəzalandırılmamışdır.
Otuz il ərzində beynəlxalq qanunlara məhəl qoymayan, işğalçılıq siyasətindən əl çəkməyən, zəbt etdiyi torpaqlarımızı qeyri – şərtsiz tərk etmək istəməyən Ermanistan, yeni ərazi xülyasına düşmüşdü və tez – tez atəşkəsi pozurdu. Növbəti belə halda Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücüm əməliyyatına başlanıldı və 44 gün ərzində Müzəffər Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi. Ard – arda uğurlu əməliyyatlarla tarixi torpaqlarımızı əsirlikdən azad edən ordumuz 2020-ci ilin noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri işğaldan azad etdi. Vətən müharibəsində əldə etdiyimiz zəfər nəticəsində imzalanmış üçtərəfli 10 noyabr bəyanatına əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu və 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil verildi.
Təcavüzkar Ermənistan Azərbaycan ərazisində təkcə insanlığa qarşı deyil, həmçinin ölkəmizin faouna və florasına, zəngin təbii ehtiyatlarına qarşı da terror etmişdir. Meşələri məhv edən, yandıran, təbii ehtiyatları talayan ermənilər Laçını tərk edərkən bütün yaşayış obyektlərini yandırmış, əraziləri minalayaraq növbəti təxribatlarını hazırlamışdılar.
Tarixi torpaqlarımız geri qayıtarıldıqdan sonra bütün ərazilərdə olduğu kimi Laçında da minalar təmizləndikdən sonra tez bir zamanda yenidən qurma və bərpa işləri başlamışdır. Artıq yeni yollar salınır, tunellər tikiləcək, yararlı yollar yenidən bərpa ediləcəkdir. Bütün infrastruktur yenidən qurulacaqdır.
Bölgənin beynəlxalq statusunu, turizm potensialını artırmaq, sosial-iqtisadi inkişafına təkan vermək məqsədi ilə 2025-ci ildə rayonunun Qorçu kəndinin ərazisində Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də planlaşdırılır.
“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizə, həmçinin Laçın rayonuna da öz əsil sahibləri tezliklə qayıdacaqdır. Əgər proseslər plana uyğun davam edərsə, laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıdacağı bildirilir.
Bütün şəhdlərimizin ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!
Qazilərimizə təcili şəfalar və cansağlığı diləyirik !
Yaşasın Azərbaycan xalqı !
Eldar Mirzəliyev
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti