Dünən, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 772 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-12° şaxta, yüksək dağlıq ərazilərdə 12-16° şaxta, gündüz 2-7° şaxta olacaq.
Gecə və səhər dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.