8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qürur və fəxr olunacaq 10 dekabr Zəfər Paradının keçirilməsindən iki il ötür. Zəfər Paradı 30 il işğal altında olan torpaqlarımızın 44 gün ərzində Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı ilə güclü Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığının, xalqımızın birliyi və həmrəyliyinin Zəfər qələbəsinin Azadlıq meydanında nümayişidir. 10 dekabr Zəfər Paradı müqəddəs torpağımızın həsrətinə son qoyulduğu Zəfəri dünyaya nümayiş ediləcək paradı oldu. Bu paradda torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üçrəngli bayrağın nümayiş olundu.
Doğrudur, Azadlıq meydanında çox paradlar keçirilib. Ancaq 10 dekabrda keçirilən Qələbə Paradı Vətən Müharibəsində Azərbaycanın qalib olduğunu göstərməklə yanaşı regionun lider ölkəsi olduğunu təsdiq etməsidir. 10 dekabrda keçirilən Qələbə Paradı bir daha göstərdi ki, güclü lideri, müzəffər ordusu rəşadətli əsgər və zabitləri, xalq-iqtidar birliyi olan Azərbaycan belə birsevinc keçirməyə layiqdir.Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi eləcə də geostrateji mahiyyəti ilə ötən dövrərzində öz təsdiqini tapıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vaxtı ilə demişdi: “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir.” Zəfər paradı Azərbaycan-Türkiyə, bir millət iki dövlət qardaşlığımızın göstəricisi oldu. Bəli, Türkiyə və Azərbaycan həmişə bir olub, bundan sonra da bir olacaq. Dövlət başçımızın dediyi kimi: “Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk.”
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər Paradı böyük qələbəmizin nidasıdır. Bu, Müzəffər Ali Baş Komandanımızın “Qarabağ Azərbaycandır və nida” əminliyinin məntiqi nəticəsidir. Bu parad II Qarabağ müharibəsi adını almış 44 günlük Vətən müharibəsində əldə etdiyimiz “QƏLƏBƏ”nin nümayişidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdim: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”Nəhayət, gözlənilən gün, o böyük gün gəldi. Dekabrın 10-da Vətən Müharibəsinin qələbə paradı keçirildi. Meydana Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarda dalğalananbayraqlarımız da gətirildi və bu Qələbə Paradı Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq!QARABAĞ AZƏRBAYCANDIR
Bizə bu Qələbəni yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan ordusuna, vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq !“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı.“Böyük Qələbə” müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı xalqımızın qələbə əzminin də əyani təsdiqidir.
Yaşasın, müstəqil Azərbaycan Respublikası !
Yaşasın müzəffər Azərbaycan Ordusu !Yaşasın sarsılmaz və əbədi Azərbaycan –Türkiyə qardaşlığı!
Gülnar Məhərrəmova
Bakı şəhəri 315 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini
Sozcu.info