Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır

Təxminən 2 il əvvəl 2020-ci ilin 10 noyabr tarixində Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmış və II Qarabağ müharibəsi başa çatmışdır. Məğlub tərəf olan Ermənistan həmin zaman müqabvilənin bütün bəndlərini yerinə yetirəcəyini bildirdir. Lakin artıq 2 ilə yaxın zaman keçib və biz nə görürük: erməni tərəfi nəinki müqavilənin maddələrini edir, hətta müqaviləyə zidd hərəkətlərə başlayır.

Tarixdə bəzi deyimlər var. Bunlardan ən başlıcası “Tarix təkrarlanır” ifadəsidir. Hər zaman qarşımıza mənbələrdə bir məsələ çıxır erməni tərəfi heç bir zaman imza atdığı müqaviləyə sonuna qədər əməl etməyib. Bəlkə də bu onların milli kimliyinə öz imzalarına hörmət etməmələri ilə bağlıdır.

Son zamanlar qarabağın Şuşa-Laçın-Xankəndi yolu istiqamətində Azərbaycan vətəndaşları tərəfindən dinc aksiyalar baş verir. Səbəb rus sülh məramlıların nəzarəti altında olan bölgələrimizin qeyri-qanuni yolla milli sərvətlərimizin daşınmasıdır. Dəfələrlə vurğulanıb ki, Qarabağ bölgəsi nəinki yerüstü, həm də yeraltı sərvətlə zəngindir. Son zamanlar erməni lobbisinin fəal üzvü və erməni terrorçularına dəstək verən Ruben Vardaryan Qarabağın yeraltı sərvətlərini talamaqla məşğul olurdu. Bunu müşahidə edən Azərbaycan Höküməti bölgənin monitorinqini tələb etmişdir. Bu cəanb İlham Əliyevin “Biz onların orada nə işlə məşğul olduqlarını hər zaman görürük” sözlərinin sübutudur. Lakin qeyri-qanuni erməni silahlı dəstələri və düzün desək Rus sülh məramlıları monitorinqə mane oldular. Bəs səbəb? Aydın görünür ki, sərvətlərdən əldə olunan gəlir erməni tərəfinin silahlanmasına yönəlir. Əbəs yerə II Qarabağ müharibəsi zamanı İlham Əliyevdəfələrlə vurğulamışdır ki, hərbi texnikalar haradan, hansı maliyyə ilə əldə olunub?

Maraqlı tərəfi ondadır ki, baş tutmayan monitorinqə mane olan zaman Rus sülhməramlıları heç bir tədbir görmədi. Bu isə Azərbaycan xalqı arasında mənfi qarşılandı. Buna cavab olaraq Azərbaycan xalqının fəalları öz milli sərvətlərinin qorunması məqsədi ilə aksiyaya başlamışdır. Məqsəd ilk öncə ekoloji terrorun qarşısını almaq, bölgənin təbiətini qorumaq,bölgənin Azərbaycan dövlətinə məxsusluğunu xatırlatmaqdır. Ancaq hər zamankı kimi erməni tərəfi aksiya haqqında yalan məlumat yaymaq, guya Azərbaycan tərəfi yolu bağlaması haqqında dezinformasiya yaymaqdadır. Əlimizdə olan media görüntülərinə baxsaq yolun heç də Azərbaycan tərəfdən bağlanmadığını görərik. Bəs aksiya niyə qarşı tərəfi təlaşa salır. Səbəb aydındır: Qarşı tərəf qorxur ki, strateji önəmə sahib Şuşa-Laçın-Xankəndi yoluna nəzarət Azərbaycan tərəfindən keçər.

Bax, budur onları qorxuya salan. 
Rza Eyvazlı

Bakı şəhəri, Abil  Səfərov adına 114 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti