8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə görüşüb. Ölkə başçısı cənab Prezident İlham Əliyev çıxışında bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə Serbiyada rəsmi səfərdə olduğunu bildirərək,dedi ki, “Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişaf məni çox təsirləndirdi. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində və kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə.
Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır”. Daha sonra çıxış edən Serbiya Prezidenti Aleksandar Vuçiçi Bakıya gələrkən həqiqətən də böyük tərəqqinin şahidi olduğunu söyləyərək, “Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir” – dedi. Göründüyü kimi Azərbaycanda, xüsusən də işğaldan azad olunan tarixi torpaqlarımızda son illərdə geniş vüsət alan yenidənqurma, abadlıq işləri Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, müdrik siyasətçi cənabPrezident Ilham Əliyev tərəfindən uğurla həyata keçirilir. Serbiya Prezidenti Aleksandar Vuçiç çıxışında qeyd etmişdi ki, ”Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi”. Aleksandar Vuçiçi sonra Serbiya və Azərbaycanın böyük potensialından danışarkən xüsusi qeyd etdi ki, “buna görə biz bir ayda iki dəfə görüşmüşük. Serbiya nümayəndə heyəti tez-tez Azərbaycana gələcək, eynilə Azərbaycan nümayəndə heyəti bir neçə günə Belqrada səfər edəcək. Mənim müdafiə sənayesi naziri ilə çox məhsuldar müzakirələrim oldu. Hesab edirəm ki, müdafiə sektorunun nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq“.Bəli, Azərbaycan və Serbiya əlaqələrinin getdikcə möhkəmlənməsi sayəsində qarşıdaki illərdə ölkəmiz yeni uğurlara nail olacaqdır.İnanırıq ki, cənab Prezident İlham Əliyevin uzaqagörən siyasəti sayəsində həm də xalqımız qarşıdakı illərdə Azərbaycanın parlaq gələcəyinə qovuşacaqdır. Çünki, mənim Prezidentim düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Cənab Prezident İlham Əliyevin bu gün dünyanın aparıcı liderlərindən biri olduğunu bu günlərdə Serbiya Prezidenti Aleksandar Vuçiçi də çıxışında belə qeyd etdi: “Prezident Əliyev, mən Sizə dostluğa, Serbiyaya səmimi münasibətinizə görə olduqca minnətdaram. Arzu edirəm və ümidvaram ki, Siz tezliklə yenidən Serbiya Respublikasına səfər edəcəksiniz və hər hansı Avropa ölkəsinə səfəriniz zamanı daim Serbiyada dayanacaqsınız və o, Sizin həmişə məmnunluqla baş çəkəcəyiniz ikinci eviniz olacaq. Mən həmişə Bakıya gələndə həqiqətən də çox xoşbəxt oluram. Ümidvaram ki, Sizin baxışınız, bizim və xalqınızın səyləri sayəsində əməkdaşlığımız üçün yeni pəncərə açacağıq.”Gəlin unutmayaq ki, qətiyyətli və casərətli siyasəti ilə doğma xalqını dünyaya tanıdan Ali Baş komandan cənab İlham Əliyev, həm də güclü və müstəqil. Azərbaycanın dayanıqlı inkişafının təminatçısıdır.Arzu MəmmədovaBakı şəhəri 226 saylı tam orta məktəbin direktoru
Sozcu.info