8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər bir xalqın sevərək qeyd etdiyi xüsusi günlər vardır. Belə əlamətdar günlərdən birisi də 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Qədim və zəngin tarixə malik olan, çoxəsrlik milli və mənəvi köklərə dayanan, Azərbaycan xalqının milli birliyini, tərəqqisini, dirçəlişini, özündə ehtiva edən bu milli bayramın əsası, uzaqgörən siyasətçi, böyük şəxsiyyət, mərhum Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Böyük lider, Ulu Öndər Heydər Əliyevin, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününü təsis etməkdə məqsədi, dünyanın dörd bir yanında yaşayan Azərbaycanlıların milli birliyinə nail olmaq, elindənobasından uzaq düşmüş, milyonlarla Azərbaycanlının milli-mənəvi varlığını yaşadan, onları tarixi kökünə bağlayan, ana vətənləri, müstəqil, suveren Azərbaycan Respublikası ilə mənəvi bağlılığının qorunub saxlanmasına nail olmaq idi.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçəniclasında, “31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü” bayramı olaraq qəbul edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə, Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmiş, dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın “31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan olunması barədə qanun qəbul etmişdir. Hələ Sovet hakimiyyəti illərində, keçmiş postsovet respublikalarında yaşayan bütün xalqlar, hər ilin 31 dekabr tarixini, köhnə ilin yola salınması və təzə ilin gəlişi olaraq qeyd edirdilər. Uşaqlıq və gənclik illərimizə təsadüf edən bu bayram, hər il, uşaqdan tutmuş böyüyədək, hər kəsin sevilən bayramı olan 31 dekabr Həmrəylik Günü, hər bir ailəyə sevinc, xoş bayram əhval-ruhiyyəsi bəxş edir, gözəl anlar yaşadırdı.
Ulu Öndər Heydər Əliyev, “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü”-nü təsis etməklə, tarixi ənənəyə çevrilmiş bu gözəl bayramın təqvimizidə qalmasını və hər bir ailəyə bayram əhval-ruhiyyəsi bəxş etməyə davam etməsini və Azərbaycanın hər bir guşəsində, o cümlədən dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılarının milli həmrəyliyinin, birliyinin, qardaşlığının qorunub saxlanılmasına nail olmuşdur.
Tarixən, həmçinin bu gün də, ölkəmizdəAzərbaycanlılarla yanaşı, müxtəlif xalqlar yaşamaqdadırlar. Milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan müxtəlif xalqlarla, dost və mehriban ailə şəraitində yaşamaq, Azərbaycanda tolerantlığın, beynəlmiləlçiliyin yüksək səviyyədə qorunub saxlanılmasına nail olmaq, mərhum Ulu Öndər Heydər Əliyev siyasətinin əsasını təşkil edirdi. Bu gün kimliyindən asılı olmayaraq, ölkədə yaşayan bütün azsaylı xalqlar, həmçinin rus əsilli vətəndaşlar, ölkəmizdə mehriban ailə şəraitində yaşayır və Azərbaycan Respublikasında qeyd olunan bütün əlamətdar günləri, milli bayramları, həmçinin, 31 Dekabr Həmrəylik Gününü birlikdə qeyd edirlər.
Uzun illər davam edən, Ermənistan Azərbaycanmünaqişəsi ilə əlaqədar, dünya azərbaycanlılarının həmrəyliyinə, birliyinə, təşkilatlanmasına nail olmaq, ölkəmizdə hər zaman prioritet məsələ olmuşdur. Mərhum Ulu Öndərin yürütdüyü, uğurlu daxili və xarici siyasəti nəticəsində, Azərbaycandan kənarda yaşayan həmvətənlilərimiz öz ətraflarında sıx birləşərək, milli birliyimizə nail olmuş və ölkə xaricində Qarabağ həqiqətlərini, iştirak etdikləri mötəbər tədbirlərdə, müxtəlif konfranslarda, dünya ictimaiyyətinə çatdırmasında yaxından iştirak etmişlər.
Dünya Azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində, qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər.
Ümummilli lider, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, milli birliyi, həmrəyliyi, qardaşlığı, dostluğu özündə təçəssüm etdirən, “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” xalqımızın ən əziz bayramlarından biridir. Bu gözəl ənənəni qoruyub saxlamaq, Azərbaycan vətəndaşı olaraq hər birimizin vəzifəsidir. Bir xalqın birliyi, həmrəyliyi olarsa, o xalq hər bir çətin məsələnin öhdəsindən gələ bilər. Məhşur atalar sözündə deyildiyi kimi: “Birlik olan yerdə dirilik vardır”. Ali Baş Komandan cənab İlham Əliyev bu barədə demişdir: “Gücümüz Birliyimizdədir”. Ermənistanın, ərazilərimizin 20 faizini işğal etməsi nəticəsində, 30 ildən artıq davam edən Qarabağ münaqişəsinin həllində, məhz xalqımızın milli birliyi, həmrəyli öz uğurlu nəticəsini vermişdir. Belə ki, Ali Baş Komandan cənab İlham Əliyev yürütdüyü, xarici və daxili siyasətinin, məsələnin həlli istiqamətində yürütdüyü uğurlu diplomatiyası sayəsində, rəşadətli Azərbaycan ordusununvə dövlət başçısının ətrafında bir yumruq kimi birləşən Azərbaycan xaqlqının, birliyi, həmrəyliyi, şücaəti sayəsində Azərbaycan öz haqlı mübarizəsində qalibiyyət qazanmışdır.
Həmrəylik, birlik, dostluq, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən xalqımız üçün miras qoyulmuş, bu gün isə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlən uzaqgörən siyasətin bəhrəsidir. Xalqımız, hər zaman milli mənəvi dəyərlərimizə sadiq qalmalı, həmrəylimizi, milli birliyimizi qorumalı, bu gözəl ənənənin yaşadılmasını və gələcək nəsillərə ötürülməsini təmin etməlidir.Ülviyyə Orucova
Əmircan Bələdiyyəsi ümumi şöbənin müdiri