17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Yanvarın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 11-16° şaxta, gündüz 2-7° şaxta olacaq.
Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.