8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın yürütdüyü xarici siyasət kursu dövlətimizin regional və qlobal mövqelərini möhkəmləndirmək baxımdan mükəmməlliyi ilə diqqət çəkir. Cənab Prezident İlham Əliyevin dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunan şəxsiyyəti ilə vəhdət təşkil edən xarici siyasət kursu, ilk növbədə, bütün ölkələrlə qarşılıqlı maraqların təmin edilməsinə və sülh prinsipinə söykənir. Bu baxımdan İslam ölkələri ilə əlaqələr də dövlətimiz üçün mühüm önəm daşıyır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və ikitərəfli əlaqələrdə müsəlman ölkələri ilə münasibətlər hər zaman cənabPrezident İlham Əliyevin diqqət mərkəzindədir.
Cənab Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimindəki çıxışı da böyük maraqla qarşılandı. Mərasimdə Azərbaycanın enerji təhlükəsizliyinə toxunan ölkəmizin rəhbəri bunun bir neçə il əvvəl təmin olunduğunu, respublikamızda enerji tələbatlarının tam təmin edildiyini, bundan savayı, xam neft, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisinin ixraca yönəldildiyini diqqətə çatdırdı. Cənab Prezident İlham Əliyev bütün bunlarla bərabər, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Azərbaycan Dövlət Neft şirkətləri arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşmaya toxunaraq, bunun qısamüddətli bir layihə olduğunu, habelə ortamüddətli layihələr nəticəsində güclərin 10 qiqavata qədər artırılacağını vurğuladı.
Dövlətimizin başçısı “Masdar” şirkəti ilə qurulan əməkdaşlığın Azərbaycanı “yaşıl enerji”nin çox mühüm ixrac mənbəyinə çevirəcəyinə də əminliyini ifadə etdi. Bu mötəbər hadisə Azərbaycan-Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı üçün yeni imkanlar yaradır. İki ölkə arasında əlaqələrin vəziyyətinə nəzər salsaq görərik ki, 2021-ci ildə Azərbaycannın Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsinin həcmi 50,42 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 36,38 mln. ABŞ dolları, ixracın həcmi isə 14,04 mln. dolları təşkil edib. 2020-ci illə müqayisədə, 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri ilə ticarət dövriyyəsi 25,39 faiz, o cümlədən, idxal 23,30 faiz, ixrac isə 31,16 faiz artıb. 1995-2022-ci ilin 9 ayı ərzində BƏƏ-dən Azərbaycana 2,7 mlrd. investisiya yatırlıb. BƏƏ Azərbaycanın qeyri-neft-qaz sektoruna birbaşa xarici investisiya yatıran ölkələr sırasında 6-cı yerdədir.Əldə edilən göstəricilərdən də məlum olur ki, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri etibarlı iqtisadi tərəfdaşlardır. Azərbaycanla BƏƏ-nin yaxınlaşması və gələcəkdə iqtisadi sferada müqavilələrin imzalanması hər iki tərəf üçün müsbət iqtisadi dinamikanı özündə ehtiva edir. Bununla yanaşı Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya mövcuddur. Bu Komissiyanın fəaliyyəti ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi kimi istiqamətlərdə tərəfdaşlığa faydalı töhfələr verir.Azərbaycan məhsullarının BƏƏ bazarında təşviqi Azərbaycanın BƏƏ-də ticarət nümayəndəsi və Dubayda“Azərbaycan Ticarət Evi ” vasitəsilə həyata keçirilir. İki ölkə arasında əməkdalığın parlaq təzahürləri qarşıdakı illərdə daha müsbət nəticələrlə səciyyələnəcək.Südabə Abdullayeva
Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info