8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tarixi zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşmənin,təkmilləşmənin qaçılmaz olduğunu bariz şəkildə ortaya qoyur.Tarixi zəfərimizdən sonra Azərbaycana hansı sahədən baxsaq böyük yeniliyin şahidi olarıq.
Bu yeniliklərdən biri dəpartiyalar ilə bağlıdır.Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunu 30 il bundan əvvəl 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir.Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında yeni qanun layihəsi”nin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.
Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” Venesiya komissiyasının və ATƏT-in demokratik təsisatlar və İnsan hüquqları üzrə bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın siyasi partiyalar haqqında Qanun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi,ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-si nin Milli Məclisə yazılı formada təqdim edilmiş 250- dən çox təklif,o cümlədən parlamentdə komitə plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.
Müstəqil Azərbaycanın quruculuğu Ümummilli lider Heydər Əliyev böyük bir tarix yaratdı.Bu yolun layiqli davamçısı Ali Baş Komandancənabİlham Əliyev ölkəmizin inkişafında uğurlu addımları ilə hər zaman ölkəmizi dünya arenasında tanıtdı,onu irəli apardı.
Bütün bu nüansların davamı olaraq onu da qeyd etmək istərdim ki, yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir.Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir.Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.Bu diqqət və qayğının əyani təzahürlərini görmək üçün “Siyasi partiyalar haqqında Qanun”da yer alan məqamlara diqqət yetirmək kifayətdir.Onu da qeyd etmək lazımdır ki,heç kəs hər hansı bir siyasi partiyaya daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
Göründüyü kimi “siyasi partiyalar haqqında” qanun demokratik inkişaf yolunda atılmış uğurlu addımdır.Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi,ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir.Diqqət yetirilməli olan əsas məqamlardan biri də yeni Qanunun ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir.
Nizaməddin Ağcayev
Suraxanı rayonu 118 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info