8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir.Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş,sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi beynəlxalq normalara uyğunlaşdırılması zərurət yaradır. Bu baxımdan siyasi partiyalar haqqında yeni qanunun yaradılması dövrün tələblərindən irəli gəlir.Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsini alqışlayıram. Artıq qüvvədən düşmüş siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunu 30 il bundan əvvəl 1992-ci il iyunun 3-də qəbul edilmişdir. Qanunvericilik sahəsində siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Siyasi partiyalar haqqındakı qanun vaxtında atılan bir addımdır.
Əvvəlki qanundan fərqli olaraq yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, media haqqında çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.
Siyasi partiyanı inkişaf etdirmək istəyirsənsə, ona azadlıq verməlisən.Yeni qanunda diqqət çəkən məqam odur ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət siyasi partiyaların təsis edilməsinə fəaliyyətinin həyata keçirilməsinə təminat verir. Siyasi partiyalar əgər Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını pozan zaman yalnız məhkəmə qaydasında xitam verilə bilər. Siyasi partiyalar yaratmaq üçün əsas məqamlardan biri odur ki dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımı göstərilir.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Siyasi partiyalar haqqında qəbul olunmuş qanunu dəstəkləyirik və onun tezliklə həyata keçirilməsini səbirsizliklə gözləyirik.
Aşiq Mehdiyev
Suraxanı rayonu 232 nömrəli məktəbin tarix müəllimi
Sozcu.info