Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir

Dünya İqtisadi Forumu 1971-ci ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində keçirilir. Forumun keçirilməsində məqsəd dövlət və hökuməbaşçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, iqtisadçıları birliyəcəlb etmək, dünyada yaranmış iqtisadi problemləri birgəaradan qaldırmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.Azərbaycan Respublikası Davos Forumunda 1995-ci ildən iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2023-cü il yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.Forum çərçivəsində ölkə başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb.

Cənab Prezident İlham ƏliyeAzərbaycanın dövlət siyasətinin hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslandığını, yalnız əməkdaşlıq sayəsində uğur qazanıla biləcəyini qeyd etdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçiriləDünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurlara imza atır.   Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etməbaxımından mühüm platformadır. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna cənab Prezident İlham Əliyevin növbəti dəfədəvəolunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Qeyd etmək lazımdır ki, Dövlətimizin başçısı Davos Forumunda artıq 15-ci dəfədir iştirak edir.
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasını dünyada tanıdan,44 günlük müharibəzamanı güclü Ordumuzun və uğurlu siyasətinin nəticəsindəişğal altında olan torpaqlarımızı mənfur düşmənlərdən azad edən çox güclü siyasətçi, dövlət lideri və dahi şəxsiyyətdir.

Cənab Prezident İlham Əliyevin Davos Forumunda iştirakı hər zaman çoxsaylı yüksək səviyyəli görüşlərləyadda qalır. Budəfəki Forum da istisna olmadı. Ölkəbaşçısı Orta dəhlizin regionun inkişafı baxımından vacibliyi, dəhlizin inkişafı istiqamətində görülən işlər, regional proseslər, post müharibə dövründə sülh quruculuğu və yenidənqurma işləri barədə iştirakçılara məlumat vermişdir. Cənab Prezident İlham Əliyev iclasda çıxışı zamanı bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötəilləərzində nəqliyyat infrastrukturuna böyük sərmayəyatırmışıq.

Əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirəəsas tranzit ölkələri kimi gündəməgətirmişdir. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillətransmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır. Burada əəsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır.
Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidəqurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılımışdır. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.
Cənab Prezident İlham Əliyev bildirib ki,  “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır”.

Forumda həmçinin qeyd edilib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır.

Bu məqsədlə biz iqtisadiyyatımızın şaxələnməsi üzərindəçox ciddi işləyirik.. Xüsusilə nəqliyyat sahəsinin genişlənməsi ölkənin ixrac imkanlarını şaxələndirməyə imkan verəcəkdir. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin istər daxili, istərsə də xarici uğurlu siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimizin qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da güclənib. Bir sözləAzərbaycan günü-gündən inkişaf edir, güclənir və cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələrə, zəfərlərə imza atacağımıza inanırıq. Çox sevinirik və fəxr edirik ki, bizim cənab Prezident İlham Əliyev kimi bir liderimiz var. Bu gün dünyadakı gərginliklər və problemlər fonunda Azərbaycanın bir stabillik adasını xatırlatması da əbəs yerə deyil. Çünki Azərbaycanın rəhbərliyində uzaqgörən, xalqın və dövlətin milli maraqlarını əldə rəhbər tutaraq siyasət həyata keçirən lideri var. Biz Azərbaycan xalqı olaraq Cənab Prezidentin uğurlu siyasətini daima dəstəkləyirik.

İbadova Ellada

Suraxanı rayonu 285 saylı tam orta məktəbin Tarix müəllimi
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti