8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Şanlı Qələbəmiz Azərbaycanın malik olduğu imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Reallıq budur ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab Prezident İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə cənab Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil etdi. Məhz ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları xalqın dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıracaq. Bütün istiqamətlərdə qazanılan uğurların bir hədəfi var idi işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.
Bu hədəfə yüksək səviyyədə nail olduq. Vətən müharibəsində əldə olunmuş Qələbə ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı.
Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox dövlətlərin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqət çəkdi. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərzilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibədəki tarixi Qələbəmizdən dərhal sonra azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verdi. Azərbaycan davamlı olaraq sosial-iqtisadi qüdrətini artırır, siyasi mövqelərini möhkəmləndirir. Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini qətiyyətlə söyləməyə əsas verir. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər böyük əhəmiyyət daşıyır. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Cənab Prezident Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər, 2023-cü il 19 yanvar tarixində Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı bir daha göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış müdrik siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artmaqdadır. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır.Elmira ƏləkbərovaSuraxanı rayonu 87 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info