8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
2 fevral tarixində Ruminiya Prezidenti Klaus Yohannis Azərbaycana səfəri zamanı verdiyi birgə mətbuata bəyanatında söyləyib. “Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır”, - deyə Rumıniya Prezidenti bildirib.Prezident İlham Əliyevin yeni enerji siyasətinin bir sıra komponentləri var. Birinci, Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlıdır. Azərbaycan bununla Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın quruda külək və günəş enerjisinin həcmi 27 giqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 giqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 giqavat külək və 1 giqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların 80 faizi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 giqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır. Bu baxımdan “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”inin icrası Avropa üçün mühüm əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycanın Avropa bazarlarına ixrac etdiyi qazın həcminin artırılmasıdır. Bu, Belə ki, 2022-ci il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna əsaslanır. Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen imzalayıblar. Artıq həmin sənədin icrası başlanıb.
İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə verəcək. Bu, təşəbbüslər əlavə əməkdaşlıq imkanı yaradır və enerji təhlükəsizliyində bir növ yeni səhifə açır. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır və dayanıqlı tərəqqiyə təkan verir.
Südabə Abdullayeva
Suraxanı rayonu 279 saylı tam orta məktəbin direktoru
Sozcu.info