8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tarix təsdiq edir ki, hər yüzillikdə öz xalqının taleyinidəyişən liderlər yetişir. Ümuilli lider Heydər Əliyevindavamçısı İlham Əliyev yeni yüzilliyimizin lideridir. CənabPrezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsindəAvropanın enerji təhlükəsizliyində mühüm rol oynayanCənub Qaz Dəhlizi layihəsinə start verildi: AzərbaycanAvrasiyanın enerji xəritəsini yenidən tərtib etdi. İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi– qaz boru kəməri Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu. Cənab Prezident İlham Əliyev layihənin reallığa çevrilməsində müdrikliyini, siyasi iradəsini və qətiyyətini sübut etdi. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində formalaşan “Cənub Qaz Dəhlizi” layihəsi yeni enerji damarı, Azərbaycan qazı yeni mənbədir. Cənub Qaz Dəhlizi Azərbaycan üçün yeni imkan, Avropa üçün isə enerji təhlükəsizliyini təmin edən yeni alternativ resursdur. Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində açar ölkədir: Bakı-Tbilisi-Ceyhanneft boru kəməri, Bakı -Tblisi- Ərzurum qaz boru kəməriartıq reallaşdırılıb. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya qaz ixracını təmin etməkdir. Azərbaycan qazının Avropaya çatması “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan TAP-ın işə düşməsi sayəsində mümkün oldu. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropa məkanına çatdı.Dünyada baş verən COVID-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi “Cənub qaz dəhlizi”layihəsinin yekunlaşmasına mane ola bilmədi.
Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Cənub Qaz dəhlizi sadəcə boru deyil. Azərbaycan Cənub qaz dəhlizi ilə Avropaya təkcə resurslar təqdim etmir, həm də strateji etibarlı tərəfdaş olduğunu göstərir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada enerji böhranı daha da dərinləşdi, digər tərəfdən isə 2022-ci ildə Azərbaycan Avropa bazarına daha böyük həcmdə enerji resursları ixrac etdi. 2021-ci ildə təbii qaz ixracı 19 milyard kubmetr, 2022-c ildə 22.6 milyard kub metr olmuşdur.2023-cü ildə ixracın 24.5 milyard olması gözlənilir. Azərbaycan hasilatı, ixracı artırır, onun coğrafiyasını genişləndirir. Məşvərət Şurasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkə olduğu təsdiqləndi. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın davam edəcəyi, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökümətlərinin layihədə fəal iştirakı vurğulandı. Avropa hələ uzun müddət Azərbaycanla bu sahədə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlıdır.
Cənab Prezident vurğuladı ki, təbii qaz ehtiyatlarıölkəmizə ən azı 100 il üçün bəs edəcək. SOCAR və BP-nin növbəti 30 ildə əməkdaşlıq edəcəyi gözlənilir.Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası tikiləcək. Azərbaycan təbii qazını yaşıl enerji sahəsində strateji tərəfdaşlarımızdan biri olan Rumıniyaya ixrac etməyə başlayır. Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisiplanlaşdırılır. Avropa İttifaqı enerjiyə tələbatın məhdudlaşdırılması və bərpaolunan enerjinin artırılması üzərində çalışır. Azərbaycan Avropa İttifaqı üçünbərpaolunan enerji və hidrogen ixracatçısına çevrilmək potensialına malikdir. Beləliklə, qaz strategiyasına əsaslanaraq başlayan layihə yaşıl enerji sahəsində də davam edəcək, imkan verəcək ki, Azərbaycan həm yaşıl enerjinin, həm də hidrogenin ixracına başlasın. Azərbaycan yaşıl enerji mənbəyinə çevriləcək. Qlobal enerji təhlükəsizliyi üçün Azərbaycan resursları etibarlı, təhlükəsiz mənbədir. Bu gün Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
İlham Əliyev çıxışını bu sözlərlə bitirdi: “Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.” İnanırıq ki, Azərbaycan bundan sonra hələ bir çox yeni və uğurlu layihələrə imza atacaq.Abbasova Çimnaz
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi
Sozcu.info