Biz küllərindən doğulanlarıq!

Bəşəriyyət yaranandan, dünya təbii fəlakətlərdən, forsmajorlardan, bədbəxt hadisələrdən sığortalanmayıb. Yer kürəsinin hər bir yerində zaman-zaman fəlakətlər, zəlzələlər, vulkanlar baş verir. Hər bir insan və dövlətümumilikdə cəmiyyət, belə olan hadisələrə hər zaman hazır olmalıdır. Təəssüf ki, bəzən belə hadisələr, məhz bizim iradəmizdən asılı olmayaraq baş verdiyindən, insanları vaxtsız-vədəsiz haqlayır.

Belə təbii fəlakətlərdən biri də, bizə qardaş olan dövlət Türkiyədə 6 fevral 2023-cü il tarixində baş verdi. Güclü zəlzələ Kahramanmaraşda və Türkiyənin bir çox yerlərində hiss edildi. Belə ki, yüzlərlə evlər yerlə yeksan oldu. Zəlzələ təbii fəlakət olduğundan və gecə yarısı baş verdiyindən, insan tələfatı və yaralılar çox olmuşdur. Belə ki dinc əhali, hər biri evində gecə yuxusunda ikən bu zəlzələ onları haqlamışdı.
Təbii ki, biz iki dövlət bir millət olduğumuzdan, hər zaman dinimiz bir, dilimiz bir olaraq, bu qardaş ölkənin acısı acımız, xoş günləri isə bizim sevincimiz olmuşdur. Türkiyənin bu çətin, məsuliyyətli sınağında, Azərbaycan dövləti olaraq bizlər, yenə də öz qardaş əlimizi bu dövlətə uzatdıq. Son illərin uğur simvoluna çevrilən “dəmir yumruq” burada da öz “İMZA”sını təsdiqlədi. Belə ki, dövlətimizin başçısı və onun xanımı ilk başsağlığı verənlərdən, ilk yardım edənlərdən, ilk yardım göndərənlərdən oldular.        6-8 fevral tarixlərində, Azərbaycandan Türkiyəyə 7 təyyarə və bir avtomobil karvanı göndərildi. Fevralın 8-də isə, 14 yük avtomobilindən ibarət karvan və 125 nəfərlik Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla, kömək üçün göndərilmişdir.

Azərbaycan xalqı, yenə də rəhbərinin ətrafında, həmişəki kimi sıx birləşərək, öz qardaş dəstəyini doğma Türkiyəmizdən əsirgəmədi. Belə ki, günlərdir zəlzələdən sonrakı saatlarda, Azərbaycan dövləti, Heydər Əliyev Fondu və bir çox idarə-təşkilatlardan Türkiyə dövlətinə dəstək və yardımlar göndərilməkdə davam edir. Bu yardımlar dövlətin ali rəhbəri olan, Prezident cənab  İlham Əliyev, onun xanımı Mehriban xanım Əliyeva  tərəfindən başlamış, Azərbaycanın sadə, sıravi vətəndaşına qədər davam edir. Dövlətimiz tərəfindəcənab Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyə dövlətinə, xilasetmə işlərində köməyə görə, Fövqəladə Hallar Nazirliyinin  əməkdaşları, Azərbaycan ordusunun hərbi tibb personalı ezam olunmuşdur.   Bütün bunlarla yanaşı, Heydər Əliyev Fondu tərəfindən də, qardaş ölkəyə humanitar yardımlar göndərilir. Elə bu qardaşlığın təcəssümüdür ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, “Qardaş köməyi” adlı platforma yaradıblar. Yardım və kömək edənlər arasında, özəl sektor nümayəndələri və şirkətləri çoxluq təşkil edir. Bunlardan əlavə, könüllülər də Türkiyə dövlətinə yardıma gediblər.
Bütün bunları yazdıqca, sadaladıqca, televiziya vasitəsilə günlər bundan öncə olmuş zəlzələnin dağıntıları altından Allahın bir möcüzəsi olaraq, bir çoxlarının  sağ-salamat çıxdıqlarını görüncə, bu qardaş ölkənin insan itkisinə, təfatına kövrəldiyim an düşünürəm, bizlər nə sınaqlardan keçiriksə, yenə də  dözürük və sınmırıq ! Biz küllərindən doğulanlarıq ! O insanlar ki, həmin dağıntılar altında, öncə Allahına, sonra isə dövlətinə və rəhbərinə ümid və inam bəslədilər, elə ona görə də, bir çoxları bu vəziyyətdən qurtuldular. Bu hadisələrin içində, həmin o qurtuluşda təsirli anlar çox oldu. Bizim xilasedicilərimizin vasitəsi i, bir xanım dağıntılar altından sağ-salamat çıxarılaraq, İlham Əliyevə mənim salamımı yetirin! dedi.  Bu bir doğmalığın, qardaşlığın nümunəsi idi...         

Cəmilə Ağayeva  

Əmircan Bələdiyyəsinin sədri
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti