17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Qarşıdan gələn Novruz bayramında 5 gün qeyri-iş günü olacaq.
Sozcu.info xəbər verir ki, Nazirlər Kabinetinin "2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər iş günü hesab edilmir.
Qeyd edək ki, 4-5, 11-12, 18-19, 25-26 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi, eləcə də 8 Mart Beynəlxalq Qadınlar günü də rəsmi iş günü hesab olunmadığı üçün qeyri-iş günləri hesab edilir.
Bununla da, mart ayında qeyri-iş günlərinin ümumi sayı 14 gün olacaq.
Bizim.Media