8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən, sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Müstəqil Azərbaycan dövlətinin Heydər Əliyevin şah əsəri olması barədə irəli sürülən fikirlərdə heç bir mübaliğə yoxdur. Ümummilli Liderimiz əfsanəni gerçəyə çevirən fenomen şəxsiyyət idi.
Ulu Öndər Heydər Əliyev böyük siyasətçi kimi xarici dövlətlərin regiondakı maraqlarını məharətlə uzlaşdırmış, neft amilindən böyük məharətlə istifadə edərək Azərbaycanı nəinki Qafqazda ümumiyyətlə postsovet məkanında gedən siyasi proseslərin lokomotivinə çevirə bilmişdir. Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrlər ölkəmizin gələcək tərəqqisinin əsası oldu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Dahi lider Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.Müstəqilliyin ilk illərindən etibarən, azərbaycanlıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan problem olaraq qalırdı. Onun həllinə nail olmaq üçün Azərbaycan dövlətinin siyasi təməlini yaratmaq, iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider Heydər Əliyev də bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başlamışdır. Azərbaycan dövlətinin tarixi ənənələrinin formalaşması, onun siyasi əsaslarının mükəmməl bir ideoloji sistemin tərkib hissəsi kimi təsbit olunması milli dövlətçilik təfəkkürünün meydana gəlməsində müstəsna rol oynamışdır.
2001-ci il noyabrın 9-da, Dünya Azərbaycanlılarının IQurultayında Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev geniş nitq söyləmişdir. O,Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı bəhs etmişdir.- “Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.”Milyonlarla insanın ümid çırağına çevrilərək qəlblərdə əbədi yurd salmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyev ürəklərdə özünə əbədi abidə ucaldıb. Onun parlaq ideyaları hələ uzun illər boyu gələcəyə gedən yollarımızı işıqlandıracaqdır. Bütün mənalı ömrünü xalqa həsr edən bu nurlu şəxsiyyətə bəslənilən sevgi sonsuzdur. Qədirbilən xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, parlaq ideyalarını öz yolunda mayaka çevirəcəkdir.Qurbanəli İslamov
RİHBA yanında Hövsan QİƏD üzrə nümayəndəsi
Sozcu.info