Fəxr olunası çox səbəblərimiz var

“Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”                  Bu cümlə dahi şəxsiyyət, Ulu Öndər, yeni Azərbaycanın qurucusu Heydər Əliyev cənablarına aiddir. Bir Azərbaycan vətəndaşı olaraq, hər zaman düşünürəm ki, vətənimi, dövlətimi, elimi, obamı tanıtmaqdan ötrü, hansı əməli işləri görə bilərəm ?!
Bu gün Azərbaycan dövləti, çox xoşbəxt bir dövlətdir ! Çünki onun yüksək, siyasi arenalarda, nəhəng dövlətlər arasında tanıdan, sözü və əməli bir olan, mərd, əsl Azərbaycan milliyyətinə xas olan bütün xüsusiyyətləri ilə tanıdan, savadlı, uzaqgörən, güclü siyasətə malik olan bir prezidenti var. Bu prezident, bu il 100 illiyini qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin güclü siyasət məktəbinin varisi və müdavimi İlham Əliyev Cənablarıdır !
Əslində Ulu Öndərin söylədiyi, “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” fikri, bizlərin hər birinin gününün reallığına çevrilib. Bizlər hər birimiz, öz dövlətimizi, vətənimizi sevməklə yanaşı, zaman-zaman dövlət başçımızın beynəlxalq təşkilatlara sədrliyi və sədrlik zamanında gördüyü işlər, qətiyyətli çıxışları, xarici dildə gözəl nitqi, diksiyasi, o qədər qürurverici olur ki, mən hər zaman Ulu Öndərə aid olan, fikri tez-tez təkrarlayıram:“Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam ! 

Belə çıxışlardan biri, 2 mart 2023-cü il tarixdə, Qoşulmama Hərəkatının Covid-19-a Qarşı Mübarizə Üzrə Təmas Qrupunun Zirvə görüşüdür. Bildiyimiz kimi, 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə, 2019-2022-ci illər üzrə, Qoşulmama Hərəkatının sədrliyinə başladı. Həmin bu sədrlik, yekdil qərar ilə daha bir il də uzadıldı. Prezident cənab İlham Əliyev Bakı şəhərində təşkil olunmuş bu hərəkatın Zirvə görüşündə, hərəkatın ali məqsədləri, təşəbbüsləri, maliyyə yardımları haqqında geniş çıxış etdi.
Prezident cənab İlham Əliyev öz çıxışında Qoşulmama Hərəkatının sədri olaraq, Azərbaycanın məqsədinin, ədaləti və beynəlxalq hüququ müdafiə etmək olduğunu bildirdi. Prezident cənab İlham Əliyevin FransanıAfrika, Cənub Şərqi Asiya və digər ərazilərdə, Qoşulamama Hərəkatının üzvü olan ölkələrə qarşı, qanlı müstəmləkə cinayətlərinə, soyqırım aktlarına görə, üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırması, onun çıxışının daha qətiyyətli olmasından xəbər verir.
Prezident cənab İlham Əliyevin 2020-ci ildəAzərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi- siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi! deməsi isə, bir daha Azərbaycan dövlətinin güclü liderinin olmasından xəbər verir. 

Cəmilə Ağayeva

Əmircan Bələdiyyəsinin sədri

Sozcu.ınfo



Oxşar Xəbərlər

Xəbər lenti