Öz məhvinə gedirsən -ŞEİR




Dünya sənin kor olubdu gözlərin,
Tanımırsan kimdi dostun, düşmənin,
Çoxdan pozdun tərəzinin pərsəngin,
Belə getsə öz məhvinə gedirsən.
 
Sən bilmədən od içində yanırsan,
Yana-yana buza dönüb donursan,
Sönməkdəsən, yaşamsız kül olursan,
Belə getsə öz məhvinə gedirsən.
 
Olmaqdasan ağılsızlar dünyası,
Dəyər almaz olub səndə ağıllı,
Kimə gərək dəlilərin dünyası,
Belə getsə öz məhvinə gedirsən.
 
İnsan idi canlıların əşrəfi,
İnsanlarla sən olmuşdun dəyərli,
İnsanlığa sayqı çoxdan itibdi,
Belə getsə öz məhvinə gedirsən.
 
Qorxaqların qorxmaz olub meydanda,
Aslanların tabe olur dovşana,
Qurdbasanlıq haqqı verdin çaqqala,
Belə getsə öz məhvinə gedirsən.
 
Şahinə dur dedin, sarın ucalır,
Şahmar ilan koramaldan izn alır,
Yarasalar indi quşlar şahıdır,
Belə getsə öz məhvinə gedirsən.
 
İtməkdədir səndə ali dəyərlər,
Çoxalmaqda dəyər qədri bilməzlər,
Qədirsizlər səni də məhv edərlər,
Belə getsə öz məhvinə gedirsən.
 
İtirirsən anaların haqqını,
Avropada bu ad artıq yasaqdı,
Sən anla ki, bu Allaha üsyandı,
Belə getsə öz məhvinə gedirsən.
 
Unutdurdun ata yerdə allahdı,
Bilmədin ki, bağışlanmaz günahdı,
Ağır olur ata Tanrı qarğışı,
Belə getsə öz məhvinə gedirsən.
 
Maddiləri çox sevdirdin bəşərə,
Mənəvilər dəyərsizdi dəyərdə,
Mənəvilər qurban oldu maddiyə,
Belə getsə öz məhvinə gedirsən.

                                                                                                 Vaqif ABBASOV

                                                                                                          Akademik



Oxşar Xəbərlər

Xəbər lenti