Novruz bayramı xalqımızın milli dəyərlərindən biridir

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətinin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruz bayramının tarixi çox qədimdir. Bu bayram tarixən Əhəmənilər dövlətinin zamanında e.ə. 505-ci ildə meydana gəlmişdir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.
23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cüsessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz bayramı illərdən bəri qeyd olunduğu üçün vaxt keçdikcə yeni yeni adətlər əmələ gəlib və nəsildən nəsilə ötürülüb. Hal-hazırda isə Azərbaycanda Novruz bayramında aşağıda qeyd etdiyimiz adətlər var. Papaq atmaq- əsasən gənclər və uşaqlar arasında yayılan bu adət zamanı atılan papağı heç vaxt boş qaytarmazlar deyirlər. Tonqaldan tullanmaq- həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir. Səməni əkmək, yumurta döyüşdürmək və s. adətlərinmiz var.

Bir biri ilə yola getməyən Keçəl ilə Kosa isə Azərbaycan Novruz bayramının əsas rəmzlərindən biridilər. Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan Novruz bayramı bizim milli bayramımızdır. Novruz öz gəlişini dörd ünsür, dörd bayram çərşənbəsi ilə bildirir. İlk çərşənbə Su çərşənbəsi adlanır. Su çərşənbəsi adətən havaların yavaş-yavaşisinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha  da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan “ Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Bu kampaniyada məqsəd təbətin oyandığı bir zamanda ağacların sayını artırmaqla ekoloji vəziyyəti ölkəmizdə yaxşılaşdırmaqdır.
SSRİ-nin tərkibində olduğumuz tarixi dövr ərzində zaman zaman Novruz bayramının milli bayram kimi qeyd olunması qadağan olunmuşdu. Müstəqillik əldə etdikdən sonra Novruz bayramını milli bayram kimi qeyd etməyə başladıq. XX əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımız ermənilər tərəfindən işğal edildikdən sonra xalqımızın ənböyük arzularından biri Novruz bayramını doğma torpaqlarımızda qeyd etmək idi. Ulu Öndər Heydər Əliyev: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”

Nəhayət, 2020-ci ilin Şanlı Vətən müharibəsində Prezidentimiz cənab İlham Əliyevin başçılığı ilə  igid və qəhrəman oğullarımızın əzəmətli qələbələri sayəsində xalq öz arzusuna yetişdi.Biz bu milli bayramımızı artıq azad olunmuş doğma torpaqlarımızda keçiririk. 2021-ci ilin 20 mart  tarixində Prezidentimiz cənab İlham Əliyev Şuşadakı Novruz təbrikindəki çıxışında dediyi kimi: “Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır! 

Nisə Abbasova

Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti