Laçın rayonun keçdiyi tarixi yol

Bu misraları oxuduqca aşığın qəlb çırpıntıları ,həzin sızıltılarını  duymamaq mümkün deyil. Tarixin keşməkeşli gərdişində zaman-zaman düşmən hücumlarına məruz qalan,əsrlərlə müstəmləkə həyatı yaşayan Azərbaycan torpağımızın dilbər guşələrindən biri olan Laçınımızın tarixi keçmişinə nəzər salaq.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrimizdəndirlər.
Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. Zəngəzur qəzası Yelizavetpol quberniyasına (Gəncə quberniyası) daxil idi, 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur.
1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrini göndərir. Dağ istiqamətində aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, Dağı əldə saxlamaq mümkün olmadı. Tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olundu.
1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən [4] 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Qəza inzibati cəhətdən Kəlbəcər, Qoturlu, Kürdhacı, Qarıqışlaq, Həkəri (Muradxanlı) və Püsyan (Qubadlı) nahiyələrindən ibarət idi. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Kürdüstan qəzası ərazisində yuxarıda qeyd edildiyi kimi 3 rayon — Laçın, Qubadlı və Kəlbəcər rayonları yaradıldı.

Laçın rayonunun ərazisinin qədim Oğuz-Türk yurdu olduğunu onun çox saylı tarixi abidələri və yaşayış məskənləri də subut edir. Rayon ərazisində tarixi çox qədimlərə gedən memarlıq abidələri var. Bunlar içərisində dəmir dövrünə aid daş at, daş qoç fiqurları, qədim qəbristanlıqları, körpü, türbə, məbəd, mağara, birtağlı və ikitağlı körpüləri, kümbəzləri və başqalarını nümunə gətirmək olar. Birsütun Ağoğlan, Məlik-Əjdər abidələri ulu keçmişlərdən bu günki nəslə yadigar qalmış ən qiymətli mənəvi sərvətlərdir. Hoçaz kəndində Mağara məbəd, adsız türbə, Sultanbaba türbəsi, Şeyxəhməd türbəsi, məscid, körpü, Ağoğlan məbədi, Cicimli kəndində dəmir dövrünə aid «Qız qəbri» kurqanı, orta əsrlərə aid olan «Çobandaş», Məlik-Əjdər türbələri, XVII-XVIII əsrlərə aid olan türbələr, məscid, Güləbird yaxınlığında iki abidə, türbə, Quşçu kəndində Kurqan, Qala, Malxələf kəndində Xəlifə türbəsi, Məzməzəkdə Qədim qəbristanlıq və s. göstərir və bir daha sübut edir ki, Laçın rayonu ərazisində hətta daş dövründən üzü bəri yaşayış məskənləri olmuş və bu yerlər Oğuz-Türk torpaqlarıdır. Cicimlidəki Məlik-Əjdər türbələri dünya memarlığının nadir incilərindəndir. Abidənin tikilməsi barədə dəqiq məlumat yoxdur. Deyilənə görə yüzillik Səlib müharibəsində iştirak etmiş, sonralar Qafqazda xristianlarla müharibələr zamanı böyük qəhrəmanlıq göstərmiş sərkərdə Məlik və Əjdərin şərəfinə tikilmişdir.
Azərbaycanın ilk vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna rəğmən erməni əsilli seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur. Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdənsonra Qarabağ ermənilərinin əksəriyyətiAzərbaycandançəkilmək qərarına gəlmiş  qondarma Dağlıq QarabağRespublikasının müstəqilliyini elan etmişdirlər.

1992-ci il mayın 18-də erməni qüvvələri Ermənistanı və Dağlıq Qarabağı ayıran Laçın dəhlizinə hücum etdi. Laçın şəhəri zəif mühafizə olunduğundan, növbəti gün ərzində Ermənistan Silahlı Qüvvələri şəhəri ələ keçirdi və orada vuruşan Azərbaycan hərbçilərini məğlub etdi. Həmin dövrdə respublikamızın daxilində ictimai-siyasi böhran, anarxiya hökm sürürdü. Müəyyən qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdı və bu prosesdə Azərbaycan Xalq Cəbhəsi əsas rol oynayırdı. Belə bir şəraitdə torpaqlarımızın düşməndə qorunması həmin qüvvələri  düşündürmürdü. Onlar üçün əsas məqsəd hakimiyyətə gəlmək idi. Beləliklə, 1992-ci il mayın 15-də AXC-“Müsavat” cütlüyü qanunsuz hakimiyyətə gəldikdən cəmi 3 gün sonra - mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. Bir sözlə, Laçın AXC-“Müsavat” cütlüyünün hakimiyyətə gəlmək üçün apardığı mübarizənin qurbanı oldu. Şəhərin alınması quru marşrutla Ermənistandan Qarabağın dağlıq bölgəsi olan Laçına qədər özünü təchizat edən karvanların bağlanamasına imkan yaradırdı.
Nəticədə  264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 6 Milli Qəhrəmanı vardır. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Giləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdi. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistanın kapituliyası ilə nəticələnmişdir. Laçın rayonunun digər hissəsi - ən böyük hissə siyasi yollarla azad edilmişdir. Aybəniz Rüstəmova 

Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbinTəlim-tərbiyə işləri üzrə direktor müavini

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti