8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Hər bir müstəqil dövlətin öz dövlətçiliyini, torpaqlarını, ərazisini, xalqını qorumaq üçün güclü, qüdrətli ordusu olmalıdır.Heydər Əliyev
Hər bir güclü dövlətin arxasında onun güclü sərkərdəsi və güclü ordusu dayanır. Bu gün fəxrlə deyə bilərik ki, ölkəmiz siyasi və iqdisadi nailiyyətlərə imza atmaqla yanaşı, güclü orduya sahibdir.Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri bu gün yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu gərəkli iş Ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.Hələ Sovet hökuməti dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün gənclərin təhsil aldıqları xüsusi təyinatlı təhsil müəsissəsinin əsası 1971-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır.Təməli 1918 ci-ci ildə Azərbaycan Demokratik Respublikası tərəfindən qoyulan milli ordumuz Şərqdə yaradılmış ilk ordu idi.Sovet hakimiyyətinin dağılmasından sonra yenidən müstəqillik qazanan Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu. 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçmiş və bölgənin ən güclü qüvvəsinə çevrilmişdir. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Bu gün qürur hissi ilə deyirik ki, 104 illik tarixə malik olan və ildən-ilə güclənən, ən müasir silahlarla təmin olunmuş şanlı ordumuz cəmi 44 gün ərzində işğal altında olan torpaqlarımızı geri aldı. Qalib, rəşadətli ordumuzun bu möhtəşəm uğurunun təməlində Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dayanır.Bu siyasətin nəticəsidir ki, Azərbaycan öz sözünü deyən qüdrətli bir dövlətə çevrilərək günü-gündən inkişaf edir. Qüdrətli ordumuz hər zaman ərazi bütövlüyümüzü qorumağa hazırdır.Gülşən FazilovaSuraxanı rayonu N.Rəfiyev adına 104 №li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
Sozcu.info