8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Liviya Milli Ordusu Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında davam edən qarşıdurmalara görə bu ölkə ilə sərhədini bağlayıb.Sozcu.info xəbər verir ki, bu barədə “Əl-Marsad” informasiya portalı Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.“Liviya ordusu Sudanla sərhədi bağlamaq qərarına gəlib, həmçinin Kufrə şəhərinə (ölkənin cənub-şərqində, Sudanla sərhədə yaxın – red.) əlavə qüvvələr göndərərək bölgədəki qüvvələrini səfərbər edib”, - mənbə deyib.Bildirilib ki, ölkələr arasında dövlət sərhədinin uzunluğu 382 km-dir, Liviyanın bu bölgədəki ərazisindən qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplar və cinayətkar dəstələr istifadə edir. Sərhəd keçidi Liviya Milli Ordusunun nəzarəti altındadır.Sudanda vəziyyət Suveren Şuraya da rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun bu işdə müavini olan çevik reaksiya qüvvələrinin (rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib.Aprelin 15-də Merov şəhəri və Xartumdakı hərbi baza yaxınlığında adı çəkilən iki struktur arasında toqquşmalar başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmalar başlayandan bəri ölkədə 600-dən çox insan ölüb.