Azərbaycanın unudulmaz öndəri, Ümummilli liderimiz Heydər Əliyev...

Xalqlar ölkələrin, bəşəriyyətin mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısıdır.  Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir və bu milli-mənəvi dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə xalqlar arasında özünəməxsus yer tutur. Qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişmişdir. Azərbaycanın bütün sərvətləri kimi, mənəvi, milli dəyərlərimiz də Azərbaycanın vətənpərvər, qeyrətli və dəyər duyğuları olan övladlar tərəfidən daim qorunmuşdur. Uğrunda heç bir zəhmətdən qaçmayan və xidmətində böyük canfəşanlıq edən millətimiz qoynunda görkəmli şəxsiyyətlər yetişdirmişdir.

Bu şəxsiyyətlərdən biri də Azərbaycanın unudulmaz öndəri  Ümummilli liderimiz Heydər Əliyevdir. O, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmış və bu yolda böyük, əvəzsiz addımlar atmışdır. Eyni zamanda gənclərimizimilli-mənəvi dəyərlərinin, milli əxlaq prinsipləri əsasında tərbiyə edilməsini tövsiyə edən Heydər Əliyev: “Biz öz milli - mənəvi dəyərlərimizi, adət- ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik” demişdir.
İkinci dəfə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə sübut etməklə xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin , tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi onun bir daha xalqa mənən bağlılığını və islami dəyərlərə sədaqətini göstərən addımlardandır
Ulu Öndər Heydər Əliyev, eyni zamanda Azərbaycan multikulturalizminin də əsasını qoymaqla tarixi kökləri çox qədim dövrləri əhatə edən multukultural dəyərlərin bir millətin varlığındakı rolunu təsdiqlədi və bütün millətlərin nümayəndələrinin Azərbaycan torpaqlarındakl azad həyatları və dini tolerantlığının təmin olunmasının siyasi xəttindəki mühüm yerini eqoist millətlərə göstərdi.
Möhtərəm Prezidentimiz İlham Əliyev də 44 günlük Qarabağ Müharibəsindən sonra viran qalmış mədəniyyət abidələrimizin, ziyarətgah və məscidlərimizin bərpası üçün ciddi tapşırıqlar vermiş və bütün yüksək tribunalardan dünya ictimaiyyətinə çatdıraraq hər kəsə ibrət dərsi vermişdir.
Dəyərlərimiz xalqımızın yüksək idealar ətrafında daha çox birləşməsini təmin etməklə, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında birlik və amin amanlıq yaradır. Azərbaycanlıların fərqi və milli özəlliyi də məhz bundadır.
Firəngiz Məlikbəyli
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti