"Ərdoğanın səssizcə gedəcəyinə inanmaq çox çətindir " - Reuters

"Türkiyəni sərt şəkildə idarə edən siyasətçinin nəticəni rahat qəbul edib, səssizcə prezidentlik postundan ayrılacağına inanmaq çox çətindir".
Sozcu.info 
xəbər verir ki, bu ifadələrə "Reuters"də dərc olunan təhlildə yer verilib.
"Ərdoğan indiyə qədərki ən çətin yarışı ilə üz-üzədir. Bazar günü rəqibi Kılıçdaroğluna qarşı keçiriləcək səsvermədə Türkiyəni sərt şəkildə idarə edən siyasətçinin nəticəni rahat qəbul edib, səssizcə prezidentlik postundan ayrılacağına inanmaq çox çətindir. Yeni nəsil seçicilər də daxil olmaqla, bir çox türk dəyişikliyə can atır. Seçkinin nə ilə nəticələnəcəyinə dair qeyri-müəyyənlik, narahatlıq, gözlənti və gərginlik hiss olunur. İnsanlar inflyasiya, lirənin dəyərsizləşməsi və həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsindən əziyyət çəkirlər. Əvvəllər Ərdoğana yaxın olanlar müxalifətə keçib", - məqalədə deyilir.
Təhlildə, həmçinin bildirilir ki, mayın 14-ü keçiriləcək seçkilər dönüş nöqtəsi ola bilər:
"Ərdoğanın məğlubiyyəti Türkiyəni daha dünyəvi və demokratik ölkəyə çevirə bilər. Ərdoğan qalib gələrsə, ekspertlər onun siyasi rəqiblərinə və qalan müstəqil qurumlara qarşı çox daha sərt müdaxilənin olacağını deyirlər".
Qeyd edək ki, bu həftənin bazar günü - mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Məmləkət Partiyasının lideri Məhərrəm İncə ötən gün namizədliyini geri götürdüyünü açıqlayıb. Rəqabətin əsasən “Millət” alyansının namizədi Kamal Kılıçdaroğlu və “Cumhur” alyansının namizədi və hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçəcəyi gözlənilir. Prezidentlik uğrunda yarışacaq digər şəxs isə "Ata" alyansının namizədi Sinan Oğandır.



Oxşar Xəbərlər

Xəbər lenti