“Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zaman ki, rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
Hər bir xalqın, hər bir millətin daim arzusunda olduğu, çatmaq istədiyi, uğrunda əsrlərlə mübarizə apardığı bir amal var – azadlıq, müstəqillik. Azadlığı, müstəqilliyi əldə etmək üçün tarix yazmaq, tarix yazmaq üçün dahi şəxsiyyətlər yetişdirmək lazımdır. Bu mənada biz xoşbəxt xalqıq desək yanılmarıq. Çünki, bir əsrdə iki dəfə müstəqilləşməyi bacaran xalqımız dünya miqyasında qiptə olunan dahi şəxsiyyəti – Ümummilli Lider Heydər Əliyev sayəsində sözün əsil mənasında tarix yazmağı bacardı. 
Müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Hələdə o çıxışı gözümün önündən getmir. Biz zəfər çalacağıq kəliməsinin hər hərfini damarlarımızda hiss edirdik. Uşaqdan böyüyə, cavandan yaşlıya bütün xalq İlham Əliyevə arxalanıb ətrafında bir yumruq kimi birləşdi. Və biz qələbə qazandıq!
Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin 100-cü ildönümünə təbrik müraciətini Şuşadan etməsi isə böyük qürurverici bir hiss yaşatdı hamımıza. 
Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam.
Bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
“Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi... Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır”, - deyə Azərbaycan Prezidenti bildirib.
Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik".

Elburs Xəlilov
vsan bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti