Cənab İlham Əliyevin Moskvaya səfəri çərçivəsində iştirakı ilə Nikol Paşinyanla üçtərəfli görüş keçirilmişdir

Prezident İlham Əliyevin 25 may 2023-cü ildə Rusiyaya rəsmi səfəri baş tutmuşdur. Rəsmi səfər Rusiya Federasiyasının prezidentiin dəvəti əsasında baş tutmuşdur. Səfərin 2 əsas məqsədi var idi: Birincisi, Avrasiya İqtisadi İttifaqının iclasında çıxış etmək, ikincisi,Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmək.

Əvvəlcə, cənab prezident Avrasiya İqtisadi İttifaqının toplantısında iştirak etdi. Qeyd edək ki,ölkəmiz bu iqtisadi təşkilatın üzvü deyil. Ölkəmiz bu toplantıda qonaq qismində çıxış edirdi. Bu toplantıya qonaq qismində də olsa dəvət almaq qeyri-adi qarşılanmamalıdır. Çünki, ölkəmiz Ermənistan istisnabu təşkilatın bütün üzvlərilə yaxşı iqtisadi və siyasi əlaqələrə malikdir. Bu təşkilatın üzvlərilə ölkəmiz arasında ticarət əmtəəsinin dövriyyəsi 4.7 mlrd.dollardan çoxdur. Xarici ticarətimizin 9%-i bu ölkələrin payına düşür. Toplantıda çıxış edən cənab Prezident bildirmişdir ki, ölkəmizin böyük nəqliyyat-logistika imkanları var. Şimal-Cənub, Şərq-Qərb və Bakı-Tiflis-Qars nəqliyyat dəhlizləri ölkəmizin imkanlarının sadəcə bir hissəsidir.

Cənab İlham Əliyev bildirmişdir ki, onun təşəbbüsü ilə irəli sürülən Zəngəzur dəhlizi də açılanda çox böyük faydası olacaq. Cənab Prezident bildirmişdir ki, ölkəmiz Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına sahibdir. Həmçinin 15 mln.ton yük qəbul etmək üçün nəzərdə tutulan Ələt limanı modernləşdiriləcək və yük qabiliyyəti 25 mln.tona çatdırılacaq. Həmçinin o bildirmişdir ki, bugün ölkəmizdə 9 beynəlxalq hava limanı fəaliyyət göstərir ki, onlardan da 2-si Qarabağda fəaliyyət göstərir. 3-cüsü isə Laçında açılacaq. Beləliklə, ölkəmiz regionda ən böyük nəqliyyat-logistika imkanlarına sahibdir. Bu da həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. 
Vladimir Putinlə təkbətək görüşündə isə cənab Prezident bildirmişdir ki, iki ölkə arasında əlaqələrin təməlinin qoyulmasında ulu öndər Heydər Əliyevin rolu danılmazdır. 2001-ci ildə ölkəmizə ilk səfərindən sonra əlaqələr çox sürətlə inkişaf etmişdir.

Azərbaycanı işğalçılıqda və Laçın-Xankəndi dəhlizini bloklamaqda ittiham edən Paşinyana cənab İlham Əliyev layiqli cavab vermişdir. O bildirmişdir ki,dəhliz bloklanmayıb və Azərbaycanın erməniəsilli vətəndaşları o yoldan maneəsiz hərəkət edir. Prezident bildirib ki, Zəngəzur dəhlizi layihəsinin də müəllifidir və Rusiya da bunu dəstəkləyir.Ermənistanın son vaxtlar rəsmi şəkildə Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü 86.6 min kv.kilometr sərhəddə tanımasını müsbət qiymətləndirən prezident bunun tezliklə sülh üçün digər problemlərin də həllini sürətləndirəcəyinə ümid etdiyini bildirmişdir.

Beləliklə, cənab Prezidentin Moskva səfəri başa çatmışdır. Görüşü faydalı və məhsuldar saymaq olar.Görüşdə aydın oldu ki, əgər Ermənistan Azərbaycanla sülh imzalayıb əlaqələr qurarsa, bu ilk növbədə onun iqtisadiyyatına faydalı olar. Azərbaycan isə Ermənistansız da iqtisadi və siyasi cəhətdən inkişaf edir.Həm də dayanmadan. Elə 2 ildə Qarabağda gedən quruculuq-bərpa işlərini misal göstərmək kifayətdir!  Gülnarə Hənifəyeva 

316 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti