8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Yeni əməkdaşlıq sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik həmdə hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. 30 may görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb. Bu əməkdaşlıq həm də gələcək strateji əməkdaşlıq üçün müəyyənləşən yol xəritəsinin bir hissəsidir.Ölkələrimiz arasındakı fəal siyasi dialoq, çoxsaylı qarşılıqlı səfərlər, o cümlədən Hökumətlərarası Birgə Komissiyanın uğurlu fəaliyyəti iqtisadi, energetika, yüksək texnologiyalar, təhsil, turizm, hərbi-texniki və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığımızı gücləndirmişdir. Azərbaycan-İsrail əlaqələrinin əsas xüsusiyyətlərindən biri də ikitərəfli gündəliyin daim yeni məzmunla zənginləşməsidir. 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və yenidənqurma işlərində İsrail şirkətləri də iştirak edirlər.Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərimizin qurulmasının otuzuncu ili tamam oldu. Xalqlarımız arasındakı əlaqələr isə daha dərin tarixi köklərə malikdir. Azərbaycanda yəhudilər və azərbaycanlılar əsrlər boyu sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və hörmət əsasında birgə yaşayıblar.
Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birlikdə döyüşüblər, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını, sağlamlıqlarını qurban veriblər. Yəhudilərin müsəlmanlarla birlikdə öz Vətənlərinin ərazi bütövlüyü uğrunda çiyin-çiyinə döyüşməsi haqqın, ədalətin, qardaşlığın, Vətən sevgisinin nə qədər böyük bir dəyər olduğunu nümayiş etdirir.Təkcə İsraildə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi mənşəli azərbaycanlılar Azərbaycan diasporunun işində fəal iştirak edir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bütün bunlar bir daha sübuta yetirir ki, multikultiralizm və Vətən sevgisi Azərbaycanla bağlı olan bütün insanlara xas xüsusiyyət olmaqla yanaşı, bizi birləşdirən ən böyük dəyərdirElburus Xəlilov
Hövsan bələdiyyəsinin sədri
Sozcu.info