Bakı sakinlərini gözləyən gizli TƏHLÜKƏ: Hər an aşa bilər


Hazırda yanında dayandığım bu ağacın hündürlüyü 30-40 metr olar. Diametri də yarım metrə yaxındır. Amma köklərindən ən yuxarı hissəsinə qədər qurumuş vəziyyətdədir. Elə hazırkı küləkli havada bu ağacın nə kimi təhlükə yaratdığını təsəvvür etmək heç də çətin deyil.

ARB TV məsələ ilə bağlı Yasamal rayon Bələdiyyəsinə müraciət edib. Qurumun əməkdaşları birbaşa əraziyə gəldilər.

2022-ci ildə Ekologiya Təbii Sərvətlər Nazirliyinə müraciət olunub, ordan da rəy də alınıbdı və ağacın kəsilməsi düzdü qalıbdı. Orda tut ağacları qeyd olunduğuna görə yəqin ki, qalıbdı. Amma biz indi sakinlərdən burda işləyən işçilərdən də xahiş edirik təkrar bizə müracət etsinlər o müracət əsasında biz ETSN-ə müracət eliyək, götürmə vərəqəsi verək və bu ağacların götürülməsi yəni təhlükəlidirsə götürülsün.

Qurumdan deyildi ki, vətəndaşların yenidən ərizə yazacağı təqdirdə problem qısa müddətdə həllini tapacaq.



Oxşar Xəbərlər

Xəbər lenti