8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sovet imperiyasının dağılması ilə Azərbaycanda müstəqil dövlət qurulsa da o, müstəqilliyi qorumaq üçün böyük şəxsiyyətə ehtiyac vardı. Bu şəxsiyyət Ulu Öndərimiz idi. Xalq təkidlə “Heydər baba gəl bizi bu bəlalardan xilas et” çağırışları edirdi.
Ulu Öndərimiz xalqın təkidli çağırışlarını cavabsız qoymadı. Böyük siyasətə geri döndü. Qarşıda AXC-Musavat cütlüyünün ölkə üçün açdığı dərin və sağalmaz yaraları düzəltmək dururdu. Heydər Əliyəv ordu quruculugunu yenidən təşkil etməyə başladı.
Cəbhədəki uğurlardan qorxuya düşən Ermənistanla 1994 -cü ildə atəşkəs sazişi imzalandı. Qonşu dövlətlərlə dostluq və əməkdaşlıq üçün ciddi addımlar atılmağa başlandı. Beynəlxalq aləmdə Azərbaycanın haqq səsini eşitdirmək üçün,xarici siyasətdə də ciddi uğurlar əldə edildi.
Elə həmin ildə Ulu Öndər dünyanın 20-dən çox ölkəsinin iştirak etdiyi “Əsrin müqaviləsi”ni imzaladı. Bununla da Azərbaycan nefti dünya bazarlarına cıxarılmağa başlanıldı. Qara qızıl sahəsində Azərbaycan iqtisadiyyatını dirçəltdi. Hüquqi dövlət quruculuğu sahəsində islahatlar keçirildi. 1995-ci ildə Azərbaycan Respublilasının ilk konstitusyası qəbul olundu. Tariximizdə ilk demokratik parlament islahatı keçirildi.
Ulu Öndər əhalimizin kəndlərdə yaşayan hissəsini də unutmadı. 1996-cı ildə verilmiş Prezident fərmanı ilə torpaqlar kəndlilərə pulsuz paylanıldı. Bu keçmiş sovet respublikaları arasında ilk belə bir addım idi. Heydər Əliyev beynəlxalq ticarət əlaqələrinə də ciddi diqqət ayırırdı. 1997- ci ildə Azərbaycan Gürcüstan Ukrayna və Moldovanın olduğu GUAM adlı iqtisadi təşkilata üzv oldu.
1998-ci ildə İpək yolunun bərpası üzrə beynəlxalq Bakı konfransı keçirildi. Tarixi yolun bərpası üzrə müqavilələr imzalandı. 1999 cu ildə İstanbul sammitində Bakı-Tiflis-Ceyhan neft müqaviləsi haqqında saziş imzalandı. Əsrin müqaviləsində olduğu kimi Azərbaycan nefti Avropa bazarlarına çıxarılmağa başlanıldı.
Hal-hazırda Heydər Əliyev yolunu uğurla cənab Prezidentimiz davam etdirir. İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz artıq öz müstəqlliyini isbat etmək istəyən Azərbaycandan, dünya arenasında söz sahibi olan Azərbaycana çevrilib. Ulu Öndərin irsindən danışmaqla bitməz,heç bir yazarın qələmi onun zəngin fəaliyyətini araşdırmağa yetməz.Heydər Əliyevin gördüyü işlərin bəhrəsini Azərbaycan yüzillərlə görəcəkdir!
Bəhruz Cabbarov
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info