8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əzəmətli zəfərlə bitən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb.Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbə bölgədə yeni reallıq yaratmış, düşmən qüvvələrin bölgə ilə bağlı bütün bədbin planlarını alt-üst etmişdir.Hal-hazırda Qarabağ və Şərqi Zəngəzurda böyük vüsətlə, sürətli quruculiq işləri yerinə yetirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurd yerlərinə qayıdışı üçün irimiqyaslı layihələr hazırlanır və həyata keçirilir. Bildiyimiz kimi, hər iki bölgə qədim Azərbaycan torpaqlarıdır və bu yerlərdə daima azərbaycanlılar yaşamış, buralar əcdadlarımızın qədim yaşayış məskəni olmuşdur.Mənfur qonşuların bu qədim torpaqlara köçürülməsi sonradan yerli azərbaycanlıların mənəvi haqqının tapdalanmasına, hüquqlarının pozulmasına, bu ərazilərdən sıxışdırılmasına, zorakılığa məruz qalmasına, daha dəqiq desək deportasiyaya məruz qalmasına səbəb olmuşdur. Elə buna görə də fitnəkar, təcavüzkar Ermənistan havadarlarına arxalanaraq Qərbi Zəngəzuruerməniləşdirəndən sonra Şərqi Zəngəzur və Qarabağı vəhşicəsinə işğal edərək 30 il doğma torpaqlarımızı əsarətdə saxlamışlar. Şanlı, qəhrəman Silahlı Qüvvələrimizin bölmələri məhz 2020-ci ilin payız aylarında Ermənistan ordusunu darmadağın edərək, mənfur işğalçıları torpaqlarımızdan qovmuşlar.Bu ərazilər yenidən dirçəlir. Belə ki, düşmən həmin dövr ərzində təkcə torpaqlarımızı işğal etməmiş, həmçinin bütün yerüstü və yeraltı sərvətlərimizi talamış, böyük bir bölgənininfrastrukturunu məhv etmişdir. Torpaqlarımızın azad edilməsindən sonra Qarabağ ərazisinin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Həm Qarabağ, həm də Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanı qaytaracağıq. 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Bir çox kəndlərin təməli qoyuldu. Şəhərlərin Baş planları təsdiq olunanda həmin şəhərlərdə yaşamış insanların rəyi də nəzərə alınmışdır. Dayanıqlı və davamlı inkişafa nail olan, dünyada nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir.Yunis ƏsgərliSuraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsinin müavini
Sozcu.info