Suveren ərazi bütövlüyümüz bərpa edildi

Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və ahəngdardır. Azərbaycanın dilbər guşəsi,müsiqi beşiyi. Üzeyr, Cabbar, Xan vətəni, istedadlar diyarıSevimli Üzeyirimizin qədəm açıb yeridiyi torpaq, onlarca fatehi atından düşürən tarixi diyardır. Hər şahın tacı olduğu kimi, bizim yurdumuzun tacı da Qarabağdır. Keçmə şeirindən, musiqisindən,

Könlümün sevgisi bu oylaqdadır,

Sevinməyə haqqım yoxdur dünyada

Çünki Qarabağım dar ayaqdadır.”

Vaxtilə ürək yanğısı ilə dediyimiz bu şeirlər, şükürlər olsun, qələbə ruhlu şeirlərlə və nəğmələrlə əvəzləndi.Bügün, müzəffər ordumuzun sayəsində qələbə qazanmış bir xalqıq.

Azad olunmuş torpaqlarımızın uğrunda şəhid olan əsgərlərimizə, Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzulayırıq.

Laçın rayonunun işğaldan azad olunması tarixi və qürurverici hadisədir. Vaxtilə 18 may 1992-ci ildən etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Laçın rayonu 1 dekabr 2020-ci ildə, nəhayət, müqavilə yolu ilə geri qaytarıldı.

Tarixi keçmişi zəngin olan, ərazisi narzan, turşsu,istisu kimi mineral bulaqlar, həmçinin kükürd, kəhrəba,mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir.

Azərbaycanım-ərazisi zəngin olan ölkəm ! Sən yer üzündə “məhəbbət” ,”dostluq”, ”günəş” sözləri ilə qoşa durursan. Sən bizim damarlarımızda ana südü ilə axıb gələn al qanımızsan. Xoşbəxtəm ki, qoynunda dil açıb danışmışam.

Yaşa, çağla, mənim qədimdən də qədim diyarım, yüz min illər dövran sürmüş əzəli və əbədi yurdum!

Leyla Dəmirova

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin Texnologiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}