25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi və Şərq aləmində ilk dəfə demokratik hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin əsaslarının qurulmasında böyük rol oynadı.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağrılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycan Müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmiş, məhz həmin sessiyada “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul edilmişdir. Həmin il oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respubklikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı “nı qəbul etmişdir. Bu, Azərbaycanın yeni intibahının bünövrəsi idi.
30 avqust tarixi bəyannaməni rəhbər tutaraq Konstitusiya Aktının qəbul edilməsi müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun siyasi və iqtisadi quruluşunun əsaslarının təsis etdi. Heydər Əliyevin uzaqgörənliyi ilə mütərəqqi dövlət quruculuğuna start verildi. Dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı. Dövlət Cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan çətindir. Bu gün Ulu Öndərin yetirməsi layiqli davamçısı Prezident İlham Əliyev müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyev demişdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”. Ulu Öndər, eyni zamanda, qeyd etmişdir ki, dövlətçilik hər bir şəxsin qəlbində olmalıdır. Bu isə bütün Azərbaycan xalqının üzərinə böyük məsuliyyət qoymuşdur.
Azərbaycan xalqı bu məsuliyyəti dərk edərək Varisin-prezident İlham Əliyevin ətrafında sıx birləşmişdir.
Firəngiz Heydərova
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi
Sozcu.info