8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan Gürcüstan münasibətləri əsrlər boyu mövcud olmuş, tarixi qonşularımızdan olan bu ölkə hər zaman dostluq ənənələrinə sadiq qalmışdır. Azərbaycan Gürcüstan Respubilkası ilə uzun müddətdir ki, möhkəm siyasi, iqtisadi və mədəni əlaqələr şəraitində yaşamışdır.Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu möhtəşəm, tarixi münasibətlər bu gün də öz axarı ilə davam edir, daha da genişlənir.Cənab Prezident İlham Əliyevin Gürcüstan torpağına etdiyi hər bir işgüzar səfər tarixi bir hadisəyə çevrilir. Bu ölkələr bir-biri ilə həm də strateji tərəfdaşdır və bu münasibətlər müttəfiqlik səviyyəsinə qalxmışdır.1996-cı il martın 8-də hər iki 2 ölkə arasında imzalanan müqavilə strateji tərəfdaşlığın təməlini qoyan ilk sənəd oldu. 2022-ci ildə diplomatik münasibətlərin 30-cu ildönümü təntənə ilə qeyd olundu. 125-dək imzalan sənədlər bu ölkələr arasındakı səmimi, qarşılıqlı münasibətin bariz nümunəsidir: siyasi, iqtisadi, enerji və mədəniyyət sahələrindəki əməkdaşlığı dinamik inkişaf edir .Hal-hazırda qonşu Gürcüstanda 240 minə yaxın soydaşlarımız yaşayır. Mehriban qonşuluq münasibətləri imkan verir ki, orada yaşayan azərbaycanlılar heç bir problemlə üzləşməsinlər. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu əməkdaşlıq gələcəkdə də genişlənəcək və yeni sahələri əhatə edəcək, Azərbaycan və Gürcüstan bir sıra ölkələr arasında “qardaşlaşma“ əlaqəri də diqqət çəkəcəkdir: Gəncə-Kutasi, Sumqayıt-Rustavi, Naxçıvan-Batumi, Şəki-Telavi memorandumları buna misaldır. Prezident İlham Əliyevin Gürcüstana sayca 11-i səfəridir. Bu səfər işgüzar səfərlər paytaxtlarda deyil, bölgələrdə də keşirilməsi bir ənənə halını alıb Günel Süleymanova Bakı şəhəri 89 nömrəli məktəbin Azərbaycan dili müəllimi
Sozcu.ınfo