8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüş keçirib. Həmin gün Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə işgüzar səfər edib. Qeyd edilməlidir ki, Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib.Azərbaycan və Gürcüstan arasındakı tarixi bağlara söykənən dostluq və əməkdaşlıq bu gün də dinamik şəkildə inkişaf edir. Azərbaycan və gürcü xalqları tarix boyu dostluq, əmin-amanlıq şəraitində yaşayıblar, bir-birinə dəstək olublar. İqtisadi, siyasi, sosial və digər sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub və iki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. İki ölkənin münasibətlərinin tarixinə nəzər salsaq bunu əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Cənab Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, sıradan bir səfər deyil, hazırki həssas məqamda regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edən qərarların qəbul ediləcəyi bir tarixi görüş oldu. Keçirilən görüşlər, verilən bəyanatlar bir daha onu göstərdi ki, İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan üzərində qələbə qazanan Azərbaycan Cənubi Qafqazın iqtisadi lokomotivinə çevrilir. Bu prosesdə Gürcüstanın Azərbaycanla birlikdə olması hər iki xalqa yüksək inkişaf və rifah vəd edir.Görüş zamanı ölkəmizin başçısı öz bəyanatında regionun iqtisadi durumunu dəyərləndirərək qeyd etdi ki, Azərbaycanla dost Gürcüstanın birgə həyata keçirdiyi layihələr bu gün bir çox ölkənin enerji və nəqliyyat təhlükəsizliyində mühüm xidmətlər göstərir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanının genişləndirilməsinə toxunaraq bunun əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini əminliklə qeyd etdi. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər göründüyü kimi, həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Həyata keçirilən layihələr qarşılıqlı münasibətləri daha da dərinləşdirəcəkdir. Ötən illər ərzində Azərbaycan ilə Gürcüstan bir sıra uğurlara imza atıblar. Hər iki ölkə təmsil olunduqları regional və beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edir, hər iki ölkənin diplomatları, deputatları və digər rəsmiləri beynəlxalq arenada bir çox məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da hər iki ölkənin beynəlxalq arenadakı mövqelərinin möhkəmlənməsinə xidmət edir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayıb. Ölkələrimizin bütün sahələr üzrə əməkdaşlığının çox böyük perspektivləri var.Bu gün Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, həm də iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın.Elçin SeyfullayevSuraxanı RİHB-nin Bülbülə QİƏD üzrə nümayəndəsi
Sozcu.info