“Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir.”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabr ayının 8-də Gürcüstanın Baş Naziri Qaribaşvilinin dəvəti ilə Gürcüstana işgüzar səfər edib.
Tbilisi şəhərində Prezident İlham Əliyevin şərəfinə fəxri qaravul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Gürcüstanın Baş Nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Levan Davitaşvili və digər rəsmi şəxsləqarşılamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş Naziri İraklı Qaribaşvili mətbuata birgə bəyanatla çıxış ediblər. Mətbuata verdikləri bəyanatda hər iki lider ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirmək istədiklərini bildiriblər. Bugörüşlərin ölkələrimizin bir-birinə daha yaxın olması,xalqlarımızın bir-biri ilə daha sıx dostluq etməsi məqsədinə xidmət etdiyi vurğulanıb.
Dövlət başçımız bildirib:”Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşayıb, bu gün də bu, belədir.Bu,həm ölkələrimiz üçün, həm də ilk növbədə Cənubi Qafqaz üçün çox vacib şərtdir”.
Cənab İlham Əliyev bu gün bir neçə ölkəeyni zamandabir sıra beynəxalq təşkilatların Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesinə dəstək göstərmək istədiyini vurgulayıb. Həmçinin, Gürcüstanın da bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğu üçün Baş Nazir İrakli Qaribaşviliyə öz minnətdarlığını bildirib.Ermənistandan da eyni yanaşmanı gözlədiyini bildirən İlham Əliyev razılıq olarsa,dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ biləcəklərini əlavə edib.
“Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyətyaranacaq”, - dövlət başçımız qeyd edib.
Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələrdə, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət,qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb.
Cənab Prezident buranın gözəl təbiətinə heyran olduğunu,Gürcüstanda gedən tərəqqi prosesini də maraqla izlədiyini və bir dost kimi buna ürəkdən sevindiyini dilə gətirib.Qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Baş Naziri Azərbaycana dəvət edib.
Rəfiqə Əzimova 
Bakı şəhəri S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}