8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Zəngilan... Şərqlə qərbin qovşduğu yerdə yerləşən Zəngilan. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan edilmişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edildi. Zəngilan rayonunun təbii şəraiti, zəngin bitki örtüyü, çaylardan, sal daş-qayalardan ibarət olan təbii qala-mağaralar bu ərazilərin qədimliyini, yəni ilk insan yaşayış məskənləri olmasını təsdiqləyən sübutlardandır. Məlumdur ki, ərazi zəngin təbii ehtiyatlara malikdir. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.Rayonda hesablanmış ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən “Vejnəli” qızıl yatağı, ehtiyatları 6.618 min kub metr olan üzlük daşı istehsalına yararlı “Oxçuçay” mərmərləşmiş əhəngdaşı yatağı, bundan əlavə, ehtiyatları 129 min ton olan “Daşbaşı-Esgurum” əhəngdaşı yatağı, ümumi ehtiyatları 28.943 min kubmetr olan Bartaz-I və Bartaz-II porfirit yataqları, kərpic istehsalına yararlı gil və qum-çınqıl yataqları və s. mövcuddur.Zəngilan düzənlərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözoxşayan yer quruluşuna malikdir.Rayon ərazisindən 4 çay keçir: Araz, Oxçuçay, Həkəri, Bəsitçay. İşğal dövründə çaylarımız və digər su hövzələrimiz ekoloji təsirlərə məruz qalmışdır.Araz çayı rayоndan kеçən ən iri su mənbəyidir. Rеspublikanın iкinci əsas su mənbəyi оlan Araz çayının suyundan оnun aхarı bоyunca salınmış əкinlərdə, bağlarda istifadə еdilirdi. Охçuçay mənbəyini Qərbi Azərbaycandan, Zərgəzur dağ silsiləsindən götürür. Həkəri çayının aхarı Kiçik Qafqazın Dəlidağ yüksəkliyindən başlanır. Çayın şirin sularında farеl balıqları yaхşı inкişaf еdir.Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Amma cənab Prezidentin dediyi kimi, dağıdılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq. Dövlət başçımızın böyük diqqət və qayğısı sayəsində Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası işi uğurla davam etdirilir.Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş bütün torpaqlarda ilk olaraq ”ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Aygün MədətovaSuraxanı rayonu, 85 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Sozcu.info