8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın dilbər guşələrindən biri olan Zəngilan XIXəsrdə Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmışyeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzasına, Gəncəquberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan,Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisişərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olanərazini əhatə edir.1920-ci ilin 28 aprel işğalından sonrabolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilkdövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər.Bu zaman bolşevik Rusiyasının təkidi ilə ZəngəzurAzərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib.Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın,Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibindəqalıb.Zəngilan rayonu ərazisində çöküntü suxurlarından başqavulkanik materiallar - Yura, Təbaşir çöküntüləri yayılmışdır.Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qaramərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçünəhəng daşı vardır. Rayon ərazisindən 4 çay-Araz, Oxçuçay,Həkəri və Bəsitçay keçir. Erməni işğalına qədər Bəsitçayqoruğunda dünyanın nadır sortu olan şərq çinarı mühafizəolunurdu.Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistansilahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğaledilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi.Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çoxolub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburiolaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Arazçayı boyunca İran İslam Respublikası, qərbdən isəErmənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadicəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyətgöstərirdi. İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Erməni vandalizminin nümunəsi olandağıntılar sırasında XVII əsrə aid İmam Hüseyn məscidi,Malatkeşin, Qırıq Muşlan Muşlan, Rəzdərə kəndlərində XIXəsrə aid məscidlər, Xanazor və Yeməzli kəndlərində Albankilsəsini göstərmək olar. Eyni zamanda onlarla müqəddəsocaqlar, pirlər və ziyarətgahlar vəhşicəsinə dağıdılmışdır.Amma bu torpaqlar həqiqi sahiblərinə geri dönəcəyi günügözləyirdi. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyatabaşlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətənmüharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşənCəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbəvurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azadedilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonununinzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilandöyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı.Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqanövbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli,Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilanşəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilandöyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindənZəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldanazad edildi.“Böyük Qayıdış” layihəsi çərçivəsində bərpa-quruculuqişləri surətlə davam edir. Birinci pilot layihə Zəngilanda-Ağalıkəndində icra edildi. 200 evdən ibarət gözəl kənd salınıb.Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, ocümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşaedilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibbməntəqəsi, bütün xidmətlər–“ASAN”, “DOST”, kiçik və ortabiznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayındaAğalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndidünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşılenerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi roluvar. Zəngilanda günəş enerjisinin böyük potensialı var.
Eyni zamanda regionun “qan damarı” Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var.Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşlarıngəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətəmalik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bubölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirməküçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları dakeçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolunümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzurdəhlizidir. Dəhlizin açılması isə uzun illər blokadada olmuşNaxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqlayanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədimZəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpaolunması yeni iqtisadi perspektivləri yaradacaqdır. ŞərqiZəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımızolan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsiləNaxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbətitarixi nailiyyəti olacaqdır.
Zəngilanda həyata keçirilən önəmli layihələrindən biriHeydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilanməscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğaldövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Bunanail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.Zəngilanın yenidən qurulması işini daim nəzərdə saxlayanMüzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə azadolunmuş ərazilərə səfərlər etmiş, bütün yenilikləri izləmişdir.Fərəh HüseynovaSuraxanı rayonu 141 N-li tam ortaməktəbin direktoru