Türk dünyası geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala malikdir

Qardaş xalqlarımızı birləşdirən ortaq mənəvi dəyərlər, dini-mədəni köklər və möhkəm dostluq Azərbaycan-Qazaxstandövlətlərarası ələqələrini şərtləndirən başlıca amillərdəndir. Bu gün çoxsaylı münasibətlərimizin və əməkdaşlığımızın qarşılıqlı hörmət və etimad ruhunda inkişaf etməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Qazaxıstan dinamik inkişaf yolu ilə inamla irəliləyərək bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə layiqli yer tutmuşdur. Bu gün Qazaxıstanda aparılan genişmiqyaslı islahatlar və quruculuq işləri qardaş ölkəmizin hərtərəfli inkişafına və yüksəlişinə xidmət edir.
Azərbaycan-Qazaxstan münasibətlərinin hazırki yüksək səviyyəsi ortaq tarixi, mənəvi, mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsini bariz şəkildə təcəssüm etdirir. Mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan çoxşaxəli əlaqələr, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlısəmərəli əməkdaşlığımız davam etdiriləcək və genişlənəcək.
Qazaxıstan və digər Türk Dövlətləri Təşkilatına daxil üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasət doktrinasının əsas prioritetlərindən biri olduğunu vurğulayan Prezidentimiz cənab İlham Əliyev bildirib ki, “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhvəsini verib və bundan sonra da türk dünyasının birliyi  amallarına sadiq qalacaq”.
Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə səfəri zamanı Qazaxstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini vurğulayaraq, türk dövlətləri arasında informasiya texnologiyalarının, nəqliyyat və tranzit dəhlizlərin inkişafı ilə bağlı əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyindən danışıb.
Əminik ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimiz bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Əlixan Əliyev

 Suraxanı RİHB-nın Əmircan QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti