İşğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası bilavasitə Qazaxıstanın Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsüdür

11 mart 2024-cü il tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri baş tutdu. Bu, dost, qardaş ölkə rəhbərinin ölkəmizə sayca üçüncü səfəridir. Ölkərəhbərimiz Ilham Əliyev də bu dost ölkədə dörd dəfə səfərdə olmuşdur. Bu səfərlərin hər birində məqsəd iki türkdilli, türksoylu xalqın sosial-iqtisadi inkişafının təmin edilməsi və bu yolda birgə əməkdaşlıq qurmaq təşəbbüsüdür.
Azərbaycan böyük zəfər qazanaraq dədə-baba torpaqlarını işğaldan azad etdi və artıq bir neçə ildir ki, bu torpaqlarda erməni vandalizminin izlərini təmizləmək, məcburi köçkün düşmüş vətəndaşlarımızın doğma yurdlarına geri dönüşü üçün böyük layihə işləri aparılır.
Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək üçün ölkəmizə bir neçə dost və qardaş ölkə daimi dəstək göstərdi. Bu ölkələrdən biri də Qazaxıstandır. Məhz Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviçin təşəbbüsü ilə işğaldan azad olunmuş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olundu. Növbəti gün açılış mərasimi təşkil olunacaq mərkəzdə fəxri qonaq elə dost ölkənin rəhbəri olacaq.
Mərkəzdə öz torpaqlarından məcburi köçkün düşən həmyerlilərimizin uşaqlarının təhsil alacağı nəzərdə tutulur. Bu mərkəz qardaş ölkənin ölkə təhsilimizə böyük qayğısını əks etdirir.
Sözsüz ki, bu böyük qardaşın digər qardaşa köməyidir. Qazaxıstanın Azərbaycana hədiyyəsidir, azad olunmuş yurdumuza daimi dəstəyinin təzahürüdür. Hər iki ölkə prezidenti çıxışında bildirdi ki, bu əlaqə daha da sıx davam etdiriləcək.

Aytən Əliyeva
Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti