17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir güclənən şimal-qərb küləyi əsir.
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 20 m/s, Tərtərdə 18 m/s, Gəncədə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 28, Aran rayonlarında 30-32, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.
Bəzi dağlıq və dağətəyi rayonlarda-Şahdağ, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Lerikdə şimşək çaxıb, arabir yağış yağıb.