8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyədə yaşayan yazıçı Afət Ruhan Arslanın "Dönmə dolab" adlı romanı Bakıda, "Füyuzat" nəşriyyatında çap olunub.
Bu kitab müəllifin işıq üzü görən sayca ikinci irihəcmli əsəridir. Romanda hadisələrin cərəyan etdiyi ölkə və məkan məlum olmasa da, sujet xəttinin mərkəzində keçən əsrin ortalarında hələ qayda-qanunun tam siryaət etmədiyi ucqar dağ yaşayış məskənlərindən birində baş verən olaylar durur.
Özünün "Sünbüllər saralanda" adlı ilk kitabı ilə oxucuların diqqətini cəlb edən yazıçı bu əsərdə də insan xarakterlərini və təbiət özəlliklərini maraqlı, yaddaqalan lövhələrlə qələmə alıb. Romanda sevgi nifrət, vəfa, mərdlik kimi anlayış və hisslərin personajların həyatında qoyduğu izlər düşündürücü bədii vasitələrlə sərgilənir.
Kitabın redaktoru şair-publisist Vahid Əhədovdur.