8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan son illər beynəlxalq arenadakı uğurlarını yüksələn xəttlə inkişaf etdirməyə davam edir. Uzun illər ərazi bütovlüyümüzü təmin eda bimək ucun mübarizə apardıq. Ancaq böyük güclərin bu məsələyə qeyri-səmimi münasibəti Azərbaycan hakimiyyətini vəziyyəti tamamilə öz nəzarətinə götürməyə vadar etdi. Bu mərhələdə xalqımızın və hakimiyyətin tək amalı ərazi bütölüyümüzü tam təmin etmək idi. Əsas vacib məqam xalqın öz liderini yəni, Cənab İham Əliyevi tam dəstəkləməsi və onun ətrafında “Dəmir Yumruq” kimi birləşməsi oldu. Nəticədə Azərbaycan bütün dünyaya öz yenilməzliyini əyani olaraq sübut etdi. Dövlətimiz qlobal dünyada haqlı mövqeyini, statusunu təsdiq etdi. Sübut etdi ki, Azərbaycan hec vaxt bir qarış torpağını beləgüzəşt etməyəcək. Qalibiyyətlə yekunlaşan müharibədə əvvəldən, sona qədər Azərbaycanın yanında olan dövlətlər, xalqımızı dərin sevgisini qazanmış oldu. Bir daha Prezident İlham Əliyevin apardığı xarici siyasətin nə qədər uğurlu olduğu öz təsdiqini tapdı. Doğru seçilmiş tərəfdaş, qardaş dövlətlər bizi tək qoymadı. Təbii ki, hamının bildiyi kimi bu qardaş ölkələrdən biri Pakistan idi. Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Gün keçdikcə Azərbaycana gələn pakistanlıların sayı artmaqdadır. Güclü tərəfdaşlıq əlaqələri siyasət müstəvisində, habelə iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulur. Öncəlik təşkil edən vacib məqam ticarət əlaqləriningenişlənməsidir. Hazırda ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrdə praktik işlər aparılır. Prezident İlham Əliyevin Pakistana səfəri qarşılıqlı münasibətlərin inkişafını yeni mərhələyə çıxardacaq. Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verən İlham Əliyev ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bir çox vacib sənədlərin imzalandığı bu görüşlərdə Azərbaycan regiondakı mövqeyini daha da gücləndirəcək. Son illərdə bir çox beynəlxalq əhəmiyyətli görüşlərin Bakıda keçirilməsi bizim düzgün inkişaf yolunda olduğumuzu göstərir. Artıq dünya dəyişir. Azərbaycan yeni dünya nizamında ozünə güclü mövqe qazanmaq üçün bütün gücünü səfərbər edir. Bu çətin işdə biz Prezidentimiz Cənab İlham Əliyevə sonsuz dəstəyimizi nümayiş etdirməyə həmişə hazırıq!
Məcid Rəsulov
Suraxanı rayonu, 140 saylı tam orta məktəbin direktoru
Sozcu.info