İran rəsmisi Pakistana səfərə hazırlaşır

Sozcu.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçi yaxın günlərdə Pakistana səfər edəcək. Bu barədə "Azad İran" Teleqram kanalı məlumat verib. Nazir Tehran ilə İslamabad arasında regional məsələlər və əməkdaşlıq barəsində məşvərət aparacaq. Bu, Araqçinin XİN rəhbəri postuna gəldikdən sonra Pakistana ilk səfəri olacaq.
Pakistanın "Cang" qəzeti də hökumətdəki diplomatik mənbələrə istinadla Araqçinin ölkəyə səfər edəcəyini bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti