18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Silahlı Qüvvələr Günü hər il 26 iyun tarixində qeyd olunur. Bu əlamətdar gün ənənəvi olaraq böyük təntənə ilə qarşılanır. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Onun göstərdiyi səylər nəticəsində Azərbaycan Ordusunun təməli qoyuldu. Bu baxımdan, Silahlı Qüvvələrimizin təşəkkül və inkişaf mərhələsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər sayəsində ölkədə güclü və təşkilatlanmış ordu formalaşdırıldı, gələcək inkişaf üçün möhkəm bünövrə yaradıldı. 1971-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və böyük zəhməti ilə Azərbaycanda hərbi sahədə peşəkar kadrlar hazırlayan – general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey fəaliyyətə başladı. Bu təhsil ocağı ölkədə hərbi peşəyə marağın artmasına və milli zabitlərin yetişdirilməsinə səbəb oldu.Müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən şəxslər Ermənistanın işğalçılıq siyasəti fonunda ordu quruculuğunda ciddi uğursuzluqlarla üzləşdi. O dövrdə nizami ordu demək olar ki, yox idi və müxtəlif silahlı dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bu vəziyyətdən istifadə edən düşmən torpaqlarımızda mövqeyini gücləndirirdi. Məhz belə ağır və qarışıq bir şəraitdə xalqın dəvəti ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Liderin Heydər Əliyev nizamsız silahlı dəstələri ləğv edərək vahid komandanlıqla idarə olunan mütəşəkkil ordunun yaradılması istiqamətində mühüm addımlar atdı.1994-cü il mayın 12-də imzalanan atəşkəs razılaşmasından sonra Silahlı Qüvvələrin inkişafı daha da sürətləndi. Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş hazırlığının və mənəvi-psixoloji durumunun yaxşılaşdırılması əsas prioritetlərə çevrildi.1990-cı illərin ortalarından etibarən Azərbaycanın NATO ilə qurduğu əməkdaşlıq ölkənin hərbi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verdi. 1994-cü ildə Azərbaycan "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu və bu əməkdaşlıq 1996-cı ildə "Planlaşdırma və analiz prosesi", 2001-ci ildə isə "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı" proqramları ilə davam etdirildi. İllik olaraq iki mindən çox azərbaycanlı hərbçi NATO çərçivəsində müxtəlif təlim və proqramlarda iştirak edərək qabaqcıl hərbi biliklərə yiyələndi.Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Ordunun müasir texnika ilə təchiz edilməsi, zabitlərin peşəkar hazırlığının artırılması və şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi daim diqqət mərkəzində saxlanıldı.2016-cı ilin 2 aprelində Ermənistan tərəfindən törədilən təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirdi və nəticədə Füzuli, Cəbrayıl və Tərtər rayonlarında 2000 hektardan çox torpaq işğaldan azad edildi. Əldə olunan uğur Azərbaycan xalqına zəfər sevincini yaşatdı.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərb tarixində yeni səhifə açdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu geri çəkilmədən irəliləyərək düşmənə sarsıdıcı zərbə endirdi və ərazi bütövlüyümüzün bərpasını təmin etdi.Bütün dünya Azərbaycan Ordusunun gücünə və xalqımızın qələbə əzminə şahidlik etdi.Südabə AbdullayevaSuraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info