18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
26 avqust Azərbaycan tarixində əlamətdar günlərdən biridir – bu gün Laçın şəhərinin azad olunmasının rəmzi olaraq “Laçın şəhəri Günü” kimi qeyd olunur.
Laçının azad edilməsi xalqımızın qürur mənbəyinə, milli birlik və həmrəyliyimizin təntənəsinə çevrilmişdir. Bu gün təkcə tarixi qələbənin xatırlanması deyil, həm də Laçının yenidən dirçəlişinin başlanğıcının bayramıdır.
Azərbaycanın Qarabağ bölgəsində xüsusi strateji və mədəni əhəmiyyət daşıyan Laçın rayonu həm coğrafi mövqeyi, həm də zəngin tarixi ilə seçilir. Qədim dövrlərdən bəri bu ərazi Şərq və Qərbi birləşdirən yollar üzərində yerləşmiş, həm hərbi, həm də iqtisadi baxımdan mühüm rol oynamışdır. Laçının azad olunması ilə Azərbaycan yalnız torpaqlarını deyil, həm də öz milli kimliyinin ayrılmaz hissəsini bərpa etmişdir.
1992-ci ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Laçın rayonu ağır sınaqlardan keçmişdir. Minlərlə sakin doğma yurd-yuvasından didərgin düşmüş, maddi və mənəvi itkilərə məruz qalmışdır. İşgalçı dovlət Ermənistan Cenevrə Konvensiyasının bütün prinsiplərini kobud surətdə pozaraq, digər olkələrdən olan insanları orada məskunlaşdıraraq qeyri-qanuni əməllər həyata keçirdi
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi nəticəsində Laçın dəhlizinə nəzarət təmin olundu, 2022-ci ildə isə Laçın şəhəri və kəndləri tamamilə azad edildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində dönüş nöqtəsi oldu.
Üçtərəfli bəyanata əsasən 2020-ci il 1 dekabrda Laçın rayonu dogma dövlətinə təhvil verilidi. 2022-ci il avqustun 26-da Zabux, Sus, Bəylik kəndləri təhvil verildi. 20 noyabr 2020-ci ildə Prezident cənab İlham Əliyevin sərəncamı ilə bir çox igid döyüşçülərimiz “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
Doğma torpaqlarımız geri alındıqdan sonra Laçın şəhərində və ətraf kəndlərdə geniş abadlıq və infrastruktur işləri aparılmışdır.Yeni yollar salınmış, elektrik və su təchizatı sistemləri bərpa edilmiş, sosial obyektlər inşa edilmişdir.Prezident cənab İlham Əliyev 27 may 2025-ci ildə Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir.
Laçının azad olunması ilə Azərbaycan yalnız torpaqlarını deyil, həm də milli ruhunu bərpa etmişdir. İşğaldan sonrakı qısa müddətdə həyata keçirilən quruculuq işləri Laçının sürətli inkişafını təmin etmişdir. Bu gün Laçın həm tarixi irsin qorunduğu, həm də gələcəyə doğru inamla addımlayan bir bölgədir.
Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik. Bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyidir
Kərəm Mehdiyev
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info